Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta qızılı necə müəyyən etmək olar?
Saxta qızılı necə müəyyən etmək olar?

Son zamanlar yatırımını qızıla edənlərin sayı daha çoxdu. Əvvəllər insanlar əgər pulları banklara qoyur və ya dollar şəklində “yastıq altında” saxlayırdılarsa, son zamanlar dünyada baş verən qlobal böhran insanlarda inamsızlıq yaradıb. Bu gün bir çox insan öz pulunu qızıl şəklində saxlamağa üstünlük verir.

  • Bəs qızıl alanda nə etmək lazımdır ki, aldanmayaq?
  • Saxta qızılı necə müəyyən etmək olar?

Zərgər Elşən Əsgərov Bizimyol.info xəbər protalına açıqlamasında bildirib ki, qızıl kütləsinə görə dəmirdən 6, sudan 18 dəfə ağırdır. Yumşaq metal olması onu qiymətli edir.

“Bəzi üsulları evdə sınamağınız mümkün deyil. Sizə evdə edə biləcəyiniz üsulları izah edəcəyik: Qızılı tərkibində gil olmayan keramika səthinə sürtün. Keramika səthində qara ləkə əmələ gəlsə, qızılın saxta olduğuna əmin ola bilərsiniz. Keramika kimi evdə boşqablardan istifadə edə bilərsiniz. Qızılı su ilə də yoxlamaq olar. Bir qabı şaquli uzunluqda su ilə doldurun. Bu qabın uzunluğu 40 sm-ə qədər olsun. Qızılı suya atın. Əsl qızıl qabın dibinə dəyir. Dəmirin suyun dibinə çökməsi isə zaman alacaq. Tonal kremlə qızılı yoxlamaq olar. Maye tonal kremi üzünüzə çəkin. Sonra qızılla üzünüzə bir xətt çəkin. Əgər qızıl saxtadırsa, bu nahiyədə qaralma müşahidə ediləcək” - deyə zərgər qeyd edib. Onun sözlərinə görə, qızılın ən önəmli xüsusiyyəti onun saf parlaq sarı rəngə sahib olmasıdır.

Qızılın yoxlanmasının digər bir üsulu isə, sirkə turşusudur. Sirkə turşusu ilə qızıl silindiyi zaman üzərində olan ləkələr təmizlənir. Ancaq təmizlənmə zamanı altından başqa metal çıxırsa, artıq əmin ola bilərsiniz - qızılınız saxtadır” - deyə zərgər Elşən Əsgərov qeyd edib. Onun sözlərinə görə, dəyərindən aşağı satılan qızıldan şübhələndiyiniz zaman onun həqiqi olub olmadığını öyrənmək üçün hər hansı bir zərgərlə məsləhətləşin.

“İndi məhərrəmlikdir. Bu aylar bitdikdən sonra toylar başlayacaq. O zaman qızıl alışı da başlayır, aktivləşir. Çalışın qızıl məmulatları aldığınız zamana tanıdığınız bir zərgərlə məsləhətləşin. Çünki son zamanlar bazarda saxta və ya qatqısı çox olan “qızıl” məmulatları satılır. Adi gözlə bunu müəyyən etmək çox çətindir. Əgər qızılın rəngi, çəkisi, qiyməti sizdə şübhə yaradırsa, zərgərlə məsləhətləşərək alın. Qızılı ələ götürdüyünzü zaman dəmir hissiyatı verməməlidir” - deyə zərgər bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »