Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Visla” Polşa Film Festivalı Azərbaycana qayıdır!
“Visla” Polşa Film Festivalı Azərbaycana qayıdır!
Söz verdiyimiz kimi, “Visla” Polşa Film Festivalı Azərbaycana qayıdır! Biz, avqustda “Sevil” festivalı çərçivəsində sənədli filmlər təqdim etmişdik, sentyabr isə bədii kinolara həsr olunacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıq çərçivəsində cari ayın hər çərşənbə axşamı Azərbaycan Kinoteatrında seçdiyimiz dörd filmdən birini nümayiş etdirəcəyik. Repertuarımızda olan filmlər isə bunlardır: "Balkondan film", "Məsihin Bədəni", "Antiqəhrəman" və "İzlər qalmasın deyə".

Sentyabrın 6-sı Pavel Lojinskinin “Balkondan film”i ilə başlayırıq. Bu filmdə biz  rejissorun eyvanından izlədiyi və çəkdiyi həmsöhbətləri ilə görüşəcəyik. O, iki il ərzində yoldan keçənləri qarşılayıb, suallar verib, onlarla söhbət edirdi. Beləliklə, rejissor əlində kamera ilə yoldan keçənlərin sirrlərini öyrənərək nəticədə insan talelərinin müxtəlifliyini və hər bir insan həyatın tarixinin unikallığını əks etdirən 100 dəqiqəlik film ərsəyə gətirdi.

Bir həftə sonra, sentyabrın 13-də tamaşaçılarımız Yan Komasın “Məsihin Bədəni” filmini izləyə biləcəklər. Bu film real hadisələr əsasında çəkilərək cəzaçəkmə müəssisəsində həyatında mənəvi dəyişiklik edən 20 yaşlı Danielin hekayəsindən bəhs edir. Daniel keşiş olmağa qərar verir. O, şərti olaraq vaxtından əvvəl azad edilir və dülgərlik emalatxanasına işə göndərilir, lakin Daniel onun əvəzinə yerli kilsəyə gedir və burada kilsə keşişi ilə dostlaşır. Din xadiminin yoxluğunda oğlan fürsətdən istifadə edir və özünü keşiş kimi qələmə verərək keşiş xidmətini yerinə yetirməyə başlayır. Daniel öz evangelizasiya metodları ilə şəhər əhalisi arasında mübahisə yaratmağa başlayır.

Sentyabrın 20-də Azərbaycan tamaşaçılarına Mixal Kavetskinin “Antiqəhrəman” filmini təqdim edəcəyik. Baş rolda olan (Anti) qəhrəman Mixal, kiçik cinayətkar, həm də perspektivli dağ xizəkçisidir. O, oğurluqda ittiham olunur və buna görə də Polşanın əlillərdən ibarət milli yığmasında yerini itirir. Beləliklə, bundan sonrakı idmançı karyerası da sual altına düşür. Lakin sonunda o, milliyə qayıtmaq üçün son şansını əldə edir. Bu şansdan  istifadə edib-etməyəcəyini görmək üçün kinoteatrda filmi izləməyi tövsiyə edirik.

Bakıdaki sentyabr kino marafonumuzu Yan Pavel Matuşinskinin “İzlər qalmasın deyə” filmi ilə sentyabrın 27-də başa vuracağıq. Bu film bizi 1983-cü ilə, kommunist hakimiyyəti tərəfindən tətbiq edilən hərbi vəziyyətin hələ də qüvvədə olduğu vaxtlara aparacaq. Hakimiyyətin hədəfi müxalifəti boğmaq idi. Mayın 12-də müxalifətçi şair Barbara Sadovskanın oğlu Qjeqoj Pşemık milis patrulu tərəfindən həbs edilir və ölümcül döyülür, nəticədə o, iki günlük əzabdan sonra ölür. Faciəli hadisənin yeganə şahidi isə Qjeqojun dostu Yurek Popyeldir. O, ədalət naminə mübarizə aparmağa və milis əməkdaşlarına qarşı məhkəmədə ifadə verməyə qərar verir.

"Visla" festivalı iyirmi ölkənin onlarla şəhərlərində keçirilən Polşa kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, kino xadimləri və fəalların arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir Polşa kinosu ilə tanış etmək, eləcə də xarici kino sənayesinin nümayəndələri arasında Polşa kinosunu populyarlaşdırmaqdır. Biz yaxın aylarda növbəti kinosevərləri ziyarət edəcəyik, Azərbaycandan sonra Özbəkistan, Türkiyə, Rumıniya və Serbiyaya gedirik.

Sizi www.festiwalwisla.pl veb saytımızı, eləcə də sosial media hesablarımızı izləməyə dəvət edirik: Facebook profili ("Visla" Polşa Film Festivalı / Festival "Wisła") və Instagram (visla_festival/vistula_festival) – burada bütün aktual tədbirlərimiz haqqında məlumatı paylaşırıq.

Kinoteatrlarda görüşənədək!
Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »