Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində zəlzələ nəticəsində 65 nəfər ölüb - Video
Çində zəlzələ nəticəsində 65 nəfər ölüb - Video

Sentyabrın 5-də Çində güclü zəlzələ baş verib. Son məlumata görə 65 nəfərin öldüyü məlum olub, xilasetmə işləri davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Bildirilir ki, bu zəlzələ Çinin Siçuan əyalətində 2017-ci ildən bəri ən güclü zəlzələ olub. Onun maqnitudası 6,8 olub.

Çin dövlət mediasının məlumatına görə, təbii fəlakət nəticəsində 250-yə yaxın adam xəsarət alıb, onlarla insan isə ağır yaralanıb.

Bazar ertəsi günortadan sonra güclü zəlzələnin episentri dağlıq ərazidə olan Siçuan əyalətində baş verdiyi bildirilir. Zəlzələ o qədər güclü olub ki, hətta yüzlərlə kilometr uzaqlıqdakı qonşu əyalətlərdə də titrəyişlər hiss olunub.

Yerli media xəbər verir ki, 200-dən çox adam buzlaqları ilə tanınan məşhur turizm məkanı Hailuogouda qapalı vəziyyətdə qalıb. Xilasedicilər onları xilas etmək üçün hələ də dağıntıları təmizləyirlər.

Zəlzələnin episentrində elektrik və su infrastrukturuna və telekommunikasiyaya ciddi ziyan dəydiyi bildirilir. Həmçinin 243 evin uçduğu, 13 010 evin dağıldığı bildirilir. Zəlzələ nəticəsində bir neçə şəhərdə elektrik enerjisi kəsilib, magistral yollar dağılıb, yeddi su elektrik stansiyası sıradan çıxıb.

Rəsmilər ölənlərin sayının arta biləcəyini qeyd ediblər.

Qeyd edək ki, Sıçuanda zəlzələlər xüsusilə dağlarda tez-tez baş verir. Sentyabrın 5-də baş verən zəlzələ Sıçuanda 2017-ci ilin avqustundan bəri ən güclü zəlzələ olub - o zaman Aba prefekturasında 7,0 bal gücündə zəlzələlər qeydə alınıb.

Son onilliklərdə Çində ən dağıdıcı zəlzələ 2008-ci ildə baş verib. Onun maqnitudası 8,0 olub. Demək olar ki, 70.000 insanın həyatına son qoydu.

Qadir. Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »