Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Rusiyanın “terrorizmin dövlət himayədarı” siyahısına olacağına inanmır
Bayden Rusiyanın “terrorizmin dövlət himayədarı” siyahısına olacağına inanmır

ABŞ prezidenti Co Bayden Rusiyanın ABŞ-ın terrora sponsorluq edən dövlətlər siyahısına daxil edilməsini zəruri hesab edib-etməməsi ilə bağlı suala mənfi cavab verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters"in məlumat verib.

“Rusiyanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilib-edilməməsi ilə bağlı suala Bayden “yox” cavabını verib”, - deyə nəşr yazır.

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib ki, ABŞ-da Rusiyanı “terrorizmin dövlət himayədarı” elan etmək təşəbbüsünün həyata keçirilməsi Moskvanın ən sərt cavabına səbəb olacaq.

İyulun 27-də ABŞ Konqresinin Senatı Dövlət Departamentini Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağıran qətnamə qəbul edib. Sənəddə müvafiq qərarın səbəbi Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verənlər barədə məlumat verilir və Rusiyanın bu hadisələrdə qəddar davranışı önə sürülür. Bundan əvvəl Kiyev Rusiyanın bu siyahıya daxil edilməsi üçün Vaşinqtona müraciət etmişdi. İyulun 28-də hər iki partiyadan bir qrup konqresmen analoji sənədi Nümayəndələr Palatasına təqdim etmək niyyətində olduqlarını bəyan ediblər.

Bu siyahıya Vaşinqtonun fikrincə, “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş” dövlətlər daxil ola bilər. Amerika administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, həmçinin siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbir görə bilər. Siyahıya hazırda İran, Şimali Koreya, Kuba və Suriya daxildir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »