Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlama vaxtı açıqlanıb
Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlama vaxtı açıqlanıb

“İlin sonuna qədər Ukrayna Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunun təqdimatı zamanı qarşıya qoyulan 7 şərtin hamısını yerinə yetirmək əzmindədir. Bu ilin sonunda - gələn ilin əvvəlində rəsmi Kiyev Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağa hazır olacaq”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Ukrayna-Aİ Assosiasiya Şurasının yekunlarına dair brifinqdə deyib.

“Biz Aİ-yə üzvlüklə bağlı danışıqlar proseduruna başlamağa hazırıq. Təbii ki, biz həm də bütün sahələr - iqtisadi, nəqliyyat, rəqəmsal və s. üzrə vizasız rejimə daxil olmaq üçün həmin iddialı planları yerinə yetiririk”, - D.Şmıqal bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyətinin və hökumətinin məqsədi qısa müddətdə Aİ-yə tam inteqrasiya və üzv olmaqdır.

Hökumət başçısı onu da əlavə edib ki, Aİ ilə Assosiasiya Sazişi hazırda, demək olar, 65% yerinə yetirilib və Ukrayna onun icrasını mümkün qədər tez başa çatdırmaq niyyətindədir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »