Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı hərbçiləri qadın şəkilləri ilə tora salırmış
Rusiyalı hərbçiləri qadın şəkilləri ilə tora salırmış

Rusiya ordusu fevralın 24-dən Ukraynada müharibə aparır. Amma döyüşlər təkcə şəhərlərdə, kəndlərdə getmir. Kibermüharibə də az əhəmiyyət daşımır. “Hackyourmom” haker qrupunun yaradıcısı Nikita Knış bu istiqamətin öncüllərindəndir. Ukraynalı haker Qərb mediasına müsahibəsində rusiyalı hərbçiləri necə tora salmasından danışıb.

Bizimyol.info xəbər verir ki, Nikita Knış onları cəlbedici qız şəkilləri ilə aldadırmış. Ukrayna xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı müharibəyə qədər “HackControl” kiber təhlükəsizlik şirkətində işləyirmiş. Rusiya ordusunun hücumundan sonra ölkə silahlı qüvvələrinə kömək etmək qərarına gəlib. Ona rəsmi iş verməyiblər. Knış bundan sonra özü fəaliyyət göstərmək ideyası üzərində dayanıb.

30 yaşlı haker rusiyalı hərbçiləri qız şəkilləri ilə yoldan çıxararaq hərbi bazaların yerini öyrənirmiş. Qərb mediasında əvvəlcə Nikitaya inanmayıblar. Ukraynalı ortaya konkret fotolar, loq-fayllar, videoyazılar qoyub.

Knış müharibənin ilk günlərində “Hackyourmom” qrupunu yaradıb. O, təxminən 30 bacarıqlı şəxsi bura dəvət edib. Əvvəlcə bir həftə Xarkovda zirzəmidə fəaliyyət göstəriblər. Sonra Vinnitsada hosteldə işləmək lazım gəlib. “Starlink” şəbəkəsi çox işə yarayıb. Nikiya sabit internet əldə etmək üçün Ukraynanın ən varlı adamlarından sayılan Vsevolod Kojemyakoya müraciət edib. “Aqrotreyd” taxıl şirkətinin rəhbəri onlar üçün hər cür şərait yaradıb. Kojemyako Qərb jurnalistlərinə faktı təsdiqləyib.

“Hackyourmom” əməkdaşları Melitopol yaxınlığında Risiya bazasının yerini dəqiqləşdirmək üçün sosial şəbəkələrdə saxta hesablar açıblar. “Qızlar” hərbçilərdən qaldıqları yerlərdən fotolar istəyirmiş. Beləcə, bazanın yeri müəyyənləşib. Məlumat dərhal Ukrayna silahlı qüvvələrinə ötürülüb. Bir neçə gün sonra Kiyev artilleriyasının bazanı məhv etdiyi xəbəri yayılıb.

Nikita Knışın rəhbərlik etdiyi qrup ukraynalı döyüşçülərə çox kömək edib. Hakerlər Belarusda, Ukraynanın işğal olunduğu ərazilərində xeyli videokameraya çıxış tapıb. Buradan rusiyalı hərbçilərin hərəkət qrafiki müəyyənləşdirilib. Bundan başqa, Rusiyada saxta məlumatlarla onlarla aviareysi dayandırıblar. Rusiya televiziyasında ukraynalıların öldürülməsi ilə bağlı süjetin getməsini təmin ediblər. Kremlin təbliğatı ilə məşğul olan xeyli saytı sıradan çıxarıblar.

Haker qrupu daha Vinnitsadakı hosteldə qalmır. Amma Knışın rəhbərlik etdiyi dəstənin fəaliyyəti dayanmayıb.

Aytən, Biziymyol.info

Son xəbərlər
Bütün xəbərlər »