Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan qəribə Türkiyə iddiası
Rusiyadan qəribə Türkiyə iddiası

Türkiyə Suriyada mümkün əməliyyat ehtimalını açıqladıqdan sonra Rusiya işə qarışaraq bu əməliyyatın regionda sabitliyə zərər verəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ağlları başdan alan bir iddia ilə çıxış edib. Belə ki, Rusiya Müdafiə Nazirliyi Türkiyənin dəstəklədiyi qrupların Hələbin şimalında yerləşən Afrin şəhərindəki tarixi əsərləri Türkiyəyə göndərmək üçün ələ keçirdiklərini, sonra isə qara bazarda satdıqlarını iddia edib.

Məlumat üçün bildirək ki, Suriya Dövlət Agentliyi SANA-da yer alan xəbərə görə, Rusiyanın Suriya Koordinasiya Mərkəzinin sədr müavini Oleq İqorov bu sözləri səsləndirib:

“Türkiyənin dəstəklədiyi qruplar Afrin şəhəri yaxınlığında memarlıq, tarixi və qədim əsərlər, müasir və ağır texnika və arxeoloji qazıntılar aparır”.

O, partlayıcı maddələrdən istifadə edərək Suriyanın mədəni irs obyektlərinə ciddi ziyan vurduqlarını iddia edib.

İqorov tapılan qədim əşyaların daha sonra qara bazarda satılmaq üçün Türkiyəyə gətirildiyinə diqqət çəkib.

Bundan əlavə, dünən Suriyada Rusiyanın idarə etdiyi Hmeymim Hava Bazasındakı Rusiya Koordinasiya Mərkəzi eramızdan əvvəl Asur dövrünə aid bir əsərin Suriyadan qaçaq yolla çıxarılaraq Dəməşqdəki Milli Muzeyə satıldığını açıqlayıb.

Xatırladaq ki, Suriya administrasiyası daha əvvəl Qərbi Suriyanın mədəni irsini təxribatda və məhv etməyə cəhddə ittiham etmişdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »