Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: "Qazla bağlı problemin səbəbi Rusiyaya qarşı sanksiyalardır"
Peskov: "Qazla bağlı problemin səbəbi Rusiyaya qarşı sanksiyalardır"

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya ilə Almaniya arasındakı “Şimal axını 1” təbii qaz boru kəmərindən qaz axınının dayandırılması ilə bağlı verdiyi açıqlamada, “Qaz təchizatındakı problemlərin səbəbi Almaniya və İngiltərə də daxil olmaqla, digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır",- deyə bildirib.

Bizimyol.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Avropadakı təbii qaz problemi ilə bağlı açıqlama verib. Ötən günlərdə “Şimal axını 1” təbii qaz kəmərindən Almaniyaya qaz axınının qeyri-müəyyən müddətə dayandırıldığını açıqlamasından sonra Peskov bunun səbəbinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar olduğunu bildirərək Qərbi günahlandırıb. Sanksiyaların boru kəmərindəki təmir işlərində "xaosa səbəb olduğunu" deyən Peskov, Rusiyanın Avropaya qaz axınını dayandırması ilə bağlı iddialarını siyasi addım kimi rədd edib.

Sanksiyaların Alman Siemens şirkətinin Portovaya yanacaqdoldurma məntəqəsindəki təmir işlərini çətinləşdirdiyini bildirən Peskov, "Qaz təchizatında yaranan problemlərin səbəbi Almaniya və İngiltərə başda olmaqla digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır. Sanksiyalar aradan qaldırılarsa, təmir işləri asanlıqla başa çatdırıla və axın bərpa oluna bilər”,- deyə əlavə edib.

Xatırladaq ki, Rusiyanın “Qazprom” neft şirkəti “Şimal axını 1” qaz kəmərindən Avropaya qaz axınının 29 avqust-2 sentyabr tarixləri arasında təmir işləri ilə əlaqədar dayandırıldığını elan etdikdən sonra turbinlərə texniki qulluq 3 gün ərzində həyata keçirilə bilmədi. Qazprom İdarə Heyətinin sədri Aleksey Miller, neft sızması səbəbindən turbinlərə texniki qulluğun yalnız Kanadadakı fabrikdə mümkün olduğunu söyləyərək, “Bu gün Siemens-in qaz kompressoruna texniki xidmət göstərmək imkanı demək olar ki, yoxdur. Bu problem ancaq Kanadadakı zavodda həll edilə bilər”,-deyə əlavə edib.

Digər tərəfdən, "Qazprom" tərəfindən verilən ayrıca açıqlamada Avropaya qaz axınının tamamilə dayandırıldığı və qaz axınının yalnız texniki xidmət və təmir işlərindən sonra reallaşa biləcəyi bildirilib. “Qazprom” bu müddətin nə vaxt başa çatacağı ilə bağlı tarix açıqlamayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »