Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovdan sürpriz açıqlama: "Qovulmadan əvvəl işdən çıxmağımın vaxtıdır"
Kadırovdan sürpriz açıqlama: "Qovulmadan əvvəl işdən çıxmağımın vaxtıdır"

 Ukrayna işğalının əvvəlində adı tez-tez hallanan Çeçenistan lideri Ramazan Kadırov vəzifəsindən getdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Kadırov Telegram sosial şəbəkəsində paylaşdığı mesajda “Düşünürəm ki, uzun bir tətilə layiqəm. İşdən qovulmazdan əvvəl mənim işdən çıxmağımın vaxtıdır”,- deyə bildirib.

Telegram mesajında Kadırov 15 ildir hakimiyyətdə olduğunu xatırladıb və bunun "çox uzun müddət" olduğunu bildirib: “Mən başa düşdüm ki, çox qaldım. Düşünürəm ki, qeyri-müəyyən və uzun bir tətilə  layiqəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz. Düşünürəm ki, işdən qovulmamışdan əvvəl işdən çıxmağımın vaxtı çatıb”,-deyə Kadirov əlavə edib.

Xatırladaq ki, Kadırovun səlahiyyət müddəti normal olaraq 2026-cı ildə bitəcəkdi.

Qeyd edək ki, Ukrayna müharibəsində Rusiya prezidenti Vladimir Putinə açıq dəstək verən və döyüşçülərini cəbhəyə göndərən Rusiyanın Çeçenistan Muxtar Administrasiyasının rəhbəri Kadırov adam oğurluğu, işgəncə və məhkəməsiz edamlarda ittiham olunur.

Xarici media yazır ki, Kadırovun Ukrayna müharibəsində uğursuzluğa düçar olması və ya hədis kitabının qadağan edilməsinə reaksiya verməsi vəzifədən getməsinə səbəb ola biləcək amillər sırasındadır.

Bildirilir ki, Ramazan Kadırov Ukraynaya hücumun əvvəlində iddialı açıqlamaları və bahalı çəkmələri ilə gündəmə gəlsə də, müharibədə iştirak edən 1200 döyüşçüsü o qədər də uğur əldə edə bilməyib.

Digər tərəfdən Ramazan Kadırov, Hz. Məhəmmədin hədislərini toplayan “Səhih-i Buhari” kitabının Rusiya Ədliyyə Nazirliyi tərəfindən “ekstremist material” kimi təsnif edilməsinə reaksiya verib və bu qərarı verən məhkəmənin yetərli olmadığını bildirib.

Məlumat üçün bildirək ki, Rusiya hədis kitabını “islamı qəbul etməyən insanlara düşmənçiliyi təşviq etdiyi” əsas gətirərək qadağan etmişdi.

 Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »