Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan "gecə qəfil gələ bilərik" dedi, Yunanıstanın "dili tutuldu"
Ərdoğan "gecə qəfil gələ bilərik" dedi, Yunanıstanın "dili tutuldu"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həftəsonu qatıldığı tədbirdə Yunanıstanla bağlı açıqlamaları və şərhləri gündəmdən düşmür.

Bizimyol.info xəbər verir ki, həftəsonu Samsunda qatıldığı tədbirdə çıxış edən Prezident Ərdoğan “Ey yunan, tarixə bax, tarixə qayıt, daha da irəli getsən, bunun bədəli ağır olacaq. Yunanıstan üçün bircə cümlə deyə bilərəm, İzmiri unutma. Adaların işğalı bizi maraqlandırmır. Zamanı gələndə nə lazımdırsa, edəcəyik. Necə deyərlər, bir gecə qəfil gələ bilərik”,- deyə bildirib.

Yunanıstan rəsmiləri Ərdoğanın açıqlamalarından sonra məsələ ilə bağlı bir çox açıqlamalar verməyə başlayıblar. Yunanıstanın xarici işlər naziri Nikos Dendias məsələnin NATO-da öz əksini tapacağına işarə edib. Bildirilir ki, bunun səbəbi Yunanıstan hakimiyyətinin Ərdoğana qarşı daha ehtiyatlı yanaşması ilə əlaqədardır.

Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini”nin ingiliscə sayında yer alan xəbərdə Yunanıstan hökumət rəsmilərinin Türkiyə ilə gərgin münasibətlərin bir müddət də davam edəcəyini proqnozlaşdırdığını bildirilib.

“Hökumət rəsmiləri Türkiyə ilə yüksək gərginlik dövrünə hazırlaşıblar və bu gərginliyin ən tez 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək seçkilərə qədər davam edəcəyi gözlənilir”,- deyə məlumatda bildirilir.

Türkiyənin tonunun getdikcə yüksəldiyinə və Yunanıstanı təhdid edən səviyyələrə çatdığına diqqət çəkən Yunanıstan qəzeti “Yunanıstan hökuməti bilərəkdən bu cür aqressiv bəyanatlara cavab verməməyi seçdi. Yunanıstan səlahiyyətliləri bu cür açıqlamaları absurd hesab edir və Türkiyə cəmiyyətinə yönəlik bir addım kimi qiymətləndirir",- deyə yazıb.

Amma müşahidəçilərin fikrincə, Yunanıstan hökuməti Ərdoğanı qəzəbləndirməkdən çəkinir. Rəsmi Afina Türkiyə Ordusunun sözdə deyil, əməldə hərəkətə keçə biləcəyindən ehtiyatlanır.

Bundan əlavə, qəzet iki ölkə arasında ünsiyyətin məhdud olduğunu yazsa da, müdafiə nazirləri Hulusi Akar və yunan həmkarı Nikos Panagiotopoulos arasında vaxtaşırı danışıqların olduğunu xatırladıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »