Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ-ı məlumat oğurlamaqda günahlandırır
Çin ABŞ-ı məlumat oğurlamaqda günahlandırır

Çin hakimiyyəti Şensi əyalətindəki aerokosmik və naviqasiya tədqiqatları ilə məşğul olan Şimal-Qərb Politexnik Universitetinə haker hücumuna görə ABŞ Milli Təhlükəsizlik Agentliyini (NASA) məsuliyyət daşıdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi “Global Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, iyun ayında ABŞ NASA rəsmi və şəxsi məlumatları oğurlamaq məqsədilə universitet müəllimlərinin və tələbələrinin e-poçt ünvanlarına troyan virusları ilə fişinq e-poçtları göndərib.

Məktubların mövzusu elmi qiymətləndirmələr, dissertasiyaların müdafiəsi, xarici səfərlər haqqında məlumatların toplanması olub. Zərərli kod təcavüzkarlara e-poçt vasitəsilə kompüterlərə giriş əldə etməyə kömək edib.

Müzakirələr zamanı ekspertlər belə qənaətə gəliblər ki, hücumun arxasında informasiya sistemlərinə icazəsiz daxil olmaq və ABŞ opponentlərindən məlumat oğurlamaqla məşğul olan NASA bölmələrindən biri dayanıb.

Şimal-Qərb Politexnik Universitetinə hücum etmək üçün hakerlər Yaponiya, Koreya Respublikası, İsveç, Polşa və Ukrayna da daxil olmaqla 17 ölkədə yerləşən 54-dən çox proksi serverdən istifadə ediblər.

Çinli ekspertlərin hesablamalarına görə, son bir ay ərzində ABŞ hərbi və hökumət təşkilatları 97 milyarddan çox internet məlumatını uzaqdan oğurlayıb və 124 milyarddan çox telefon danışığını dinləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »