Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri təsdiqləyirlər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə nəzərəçarpacaq dərəcədə inkişaf edir.
Bizimyol.info xəbər verir ki, bu barədə MTİ-nin son hesabatında deyilir.
Belə ki, analitiklərin fikrincə, Ukrayna qoşunları Xerson vilayətinin qərb hissəsində bir neçə istiqamətdə irəliləyir və Donetsk vilayətində Severski Donets çayının o tayındakı ərazilərin təhlükəsizliyini təmin ediblər. Ukrayna qüvvələri Rusiya ordusunu maddi-texniki təchizatdan məhrum etməyə, komandanlıq məntəqələrini, nəzarətini məhv etməyə və pisxoloji təzyiqi artıtdıqca əks-hücumun tempi günbəgün kəskin şəkildə dəyişəcək.
Bununla bağlı onlar əlavə ediblər ki, Ukrayna qüvvələri Rusiya qüvvələrinin qarşısını almaq üçün Rusiyanın quru rabitə xətlərinə, sursat anbarlarına və əsas mövqelərinə zərbələr endirməkdə davam edir.
MTİ-nun proqnozlarına görə, Rusiya ordusu vaxtaşırı əks-hücuma keçəcək və azad edilmiş yaşayış məntəqələrinə və irəliləyən Ukrayna qoşunlarına güclü artilleriya və hava hücumları həyata keçirərək itirilmiş mövqelərin bir hissəsini geri almağa çalışacaq, bunlar gözləniləndir.
Bundan əlavə, MTİ Xerson vilayətində bir yaşayış məntəqəsinin və Donetsk vilayətində bir yaşayış məntəqəsinin azad edilməsi faktını təsdiqləyib. Xəbərdə Ukrayna qoşunlarının Severski Donets çayının sol sahilindəki əraziləri geri aldığı qeyd edilir. O da bildirilir ki, 1-ci ordu korpusunun qondarma “Donetsk xalq respublikası”nın (“DXR”) 127-ci alayının şəxsi heyəti təchizat çatışmazlığı səbəbindən döyüşməkdən imtina edib.
Mütəxəssislər qeyd ediblər ki, Rusiya qoşunları Zaporojye vilayətinin arxa bölgələrindəki əsas quru kommunikasiya xətləri boyunca yerləşən ərazilərdə hərbi əməliyyatlar həyata keçirir.
Qadir, Bizimyol.info