Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz söz verib: Berlin Ukraynaya bütün sahələrdə dəstək verəcək
Şolz söz verib: Berlin Ukraynaya bütün sahələrdə dəstək verəcək

Almaniya kansleri Olaf Şolz bazar günü Berlində Ukraynanın baş naziri Denis Şmıxalla danışıqlar aparıb.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit məlumat verib.

“Bir saata yaxın davam edən söhbət zamanı kansler və Ukraynanın baş naziri Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyəti müzakirə ediblər. Kansler vurğulayıb ki, Almaniya Ukraynaya hərbi, eləcə də siyasi, maliyyə və humanitar dəstək göstərmək səylərini səngitməyəcək”, - Hebestreit bildirib.

Kanslerin sözlərinə görə, hərbi əməliyyatlara baxmayaraq, hazırda ölkənin bərpası üçün tədbirlərin planlaşdırılması və bu işə hazırlaşmaq vacibdir: “Kansler baş nazirə bildirib ki, Almaniya G7-yə sədrlik edən ölkə kimi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə birlikdə oktyabrın 25-də Berlində bərpa üçün təşkilat və arxitektura məsələlərini müzakirə etmək üçün ekspert konfransı keçirəcək", - Hebestreit dedi.

Nazirlər Kabinetinin sözçüsü əlavə edib ki, kansler Ukraynanın "yenidən qurulmasına investisiya cəlb etmək" üçün qanunun aliliyi və ədalətin islahatının vacibliyinə də diqqət çəkib.

Şmıxal Rusiyanın bu ölkəsinə qarşı "xüsusi əməliyyat" adı ilə mühribəyə başlayandan sonra Almaniyaya səfər etmiş Ukraynanın ən yüksək vəzifəli nümayəndəsidir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin qərarı ilə Kremil Ukraynada "xüsusi hərbi əməliyyat" adı ilə müharibəyə başlayıb.

Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Ukrayna hakimiyyətinə silah tədarükünü artırıblar.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »