Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya hökuməti vətəndaşlarına kömək üçün 65 milyard avro ayıracaq
Almaniya hökuməti vətəndaşlarına kömək üçün 65 milyard avro ayıracaq

Alman koalisiyası artan enerji qiymətlərini yumşaltmaq üçün əhaliyə yeni yardım paketi barədə razılığa gəlib. Onun həcmi 65 milyard avro təşkil edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə kansler Olaf Şolz bu paketin təqdimatı zamanı bildirib.

Olaf Şolz Olaf Şolz

“Ölkəmiz çətin günlər yaşayır. Bu gün bu, həqiqətin bir hissəsidir və bu həqiqəti söyləmək lazımdır.

Mən yaxşı bilirəm ki, bir çox vətəndaşlar öz gələcəkləri ilə bağlı çox narahatdırlar, elektrik enerjisinin yüksək qiymətləri və yaşayış qiymətlərinin yüksəlməsindən çox narahatdırlar”, - deyə o qeyd edib.

Yardım tələbələr üçün 200 avro, pensiyaçılar üçün isə 300 avro birdəfəlik ödəməyi nəzərdə tutur.

Elektrik enerjisinə diferensiallaşdırılmış tarif tətbiq edilir: əsas istehlak - güzəştli qiymətə, ondan yuxarı isə - bazar qiymətinə satılacaq. Almaniya hökuməti elektrik enerjisinin qiymətinin aşağı düşməsini enerji şirkətlərinin gözlənilməz gəlirləri hesabına maliyyələşdirməyi planlaşdırır.

Yaşıllar Partiyasının həmsədri Omid Nuripur deyib: "Əvvəlcə biz bunu Avropa səviyyəsində sınaqdan keçirəcəyik, əgər nəticə verməsə, onda milli səviyyədə yoxlayacağıq".

Eyni zamanda, ödənişlərini verə bilməyən istehlakçıların şəbəkədən çıxarılmasına moratoriumun tətbiqi də planlaşdırılır.

Ən yoxsul əhali 2022-ci ilin dekabrına qədər 415 avro, daha sonra iki nəfərlik ailə üçün 540 avro (əlavə hər bir ailə üzvü üçün 100 avro) subsidiya almaq hüququna malik olacaq. İndiki ilə müqayisədə subsidiya alanların sayı artırılacaq.

Hökumət uşaq pulunu artırmağı və ayda 49 avrodan 69 avroya qədər olan ictimai nəqliyyata vahid bilet tətbiq etməyi planlaşdırır.

Federal Maliyyə Naziri Kristian Lindner bunun çətin bir qərar olduğunu, lakin yardım paketinin Almaniyanın artan qiymətlərdən kritik ziyan vurmasının qarşısını alacağını söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »