Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qaz axınını qeyri-müəyyən müddətə dayandırıb
Rusiya qaz axınını qeyri-müəyyən müddətə dayandırıb

Avropa Birliyinin iqtisadiyyatının lokomotiv ölkəsi Almaniyaya nəql edilən təbii qazı "sızma" səbəbiylə kəsən Rusiya, kəmərin qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom” avqustun 31-də “Şimal axını” boru kəmərindən daşımaları üç günlük texniki təmirə dayandırıb.

Dünən axının normallaşacağı gözlənilsə də, “Qazprom” bunun Sankt-Peterburq yaxınlığındakı Portovaya kompressor stansiyasında "aşkar edilmiş turbin sızması" səbəbindən mümkün olmadığını açıqlayıb. Qeyd edilib ki, xətt qeyri-müəyyən müddətə bağlı qalacaq.

Fevralın 24-də Ukraynanın işğalı başlayandan sonra Avropaya qaz daşıyan bu ən mühüm xətt texniki səbəblərlə yenidən 10 gün müddətinə bağlanmış, daha sonra tutum azalaraq xidmətə qaytarıldı. Avqustun sonuna qədər Rusiya hətta qaz kəmərinin gücünün 20 faizini təmin edirdi. Əvvəllər Almaniyaya satılmayan və saxlanması mümkün olmayan artıq qazın yandırılaraq məhv edildiyi aşkarlanıb. AB ölkələrində Rusiyanın qışdan əvvəl ehtiyat qaz anbarlarının doldurmasına imkan vermədiyi və təbii qazdan silah kimi istifadə etməkdə günahlandırılır, onun son addımları kəskin tənqid edilıir.

Bu yaxınlarda Almaniya təbii qaz ehtiyatlarını hədəfdən əvvəl yüzdə 85 faizə qədər doldurulduğunu və istilik məqsədləri üçün istifadənin başlandığı oktyabr ayına qədər bütün qış üçün kifayət qədər ehtiyat əldə edə biləcəklərini açıqlaydıb.

Səhmlərdəki səviyyəyə işarə edən Almaniya İqtisadiyyat Nazirliyi endirimdən sonra: “Biz daha bir neçə ay əvvəldən buna hazırlaşdıq. Bu, çətin dövrlərdir, lakin biz bu vəziyyətlə məşğul olmaq yolundayıq", - deyə bildirib.

Fasilə ilə bağlı Qazprom: “Əslində, davam edən təmir zamanı "Siemens" tərəfindən istehsal edilən turbində çatlar aşkar edildi. Bu şəraitdə xəttə qaz verilə bilməz. Turbin Rusiyadan kənarda onun istehsal olunduğu şirkət tərəfindən təmir edilməlidir”, - deyə açıqlama verib.

Kəsintiyə ilk reaksiya verən turbin istehsalçısı "Siemens", göstərilən yağ sızması üçün yerində təmir edilə biləcəyini vurğulayıb və qaz axınının kəsilməsinə ehtiyac olmadığını qeyd edib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, qaz nəqlinin dayandırılmasının yeganə səbəbi Rusiyaya qarşı sanksiyaların yaratdığı “texniki problemlər”dir. Peskov “Rusiyaya qarşı tətbiq edilən sanksiyaların normal texniki xidmət və təmir işlərinin aparılmasına imkan vermədiyini” ifadə edərək, Qərbin embarqolarının qaz obyektlərinə ziyan vurduğunu bildirib.

Hadisələrlə bağlı açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski: “Biz o zaman sizə xəbərdarlıq etmişdik ki, Rusiya istədiyini əldə etmək üçün hər cür şantaja əl atacaq. Rusiyanın enerjidən silah kimi istifadə etməsi faktdır”, - deyib. Brüsseldən də Moskvaya reaksiya gəlib. Avropa Komissiyası Rusiyanın enerji nəhəngini “Şimal axını 1-i yalan bəhanələrlə dayandırmaqda” ittiham edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »