Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev Scholzun "etibarsız təchizatçı" sözünə qəzəblənib
Medvedev Scholzun "etibarsız təchizatçı" sözünə qəzəblənib

"Berlinin özünün Moskvaya hibrid müharibə elan etməsinə və onun düşməni kimi çıxış etməsinə baxmayaraq, Almaniya hökuməti Rusiyadan tədarük etdiyi qaz ilə bağlı yaranan problemlərə təəccüblənib".

Bizimyol.info xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bazar günü özünün Telegram kanalında qeyd edtdiyi fikirlərlə buna diqqət çəkib.

O, Almaniya kansleri Olaf Şolzun sözlərinə işarə edərək edib ki, guya Rusiya artıq enerji resurslarının etibarlı təchizatçısı deyil: "Bəlkə birlikdə baxaq, görək kim daha etibarsızdır",- deyə o qeyd edib.

"Budur! Yenə incidilər... Almaniya: a) dost olmayan ölkə; b) Rusiyanın bütün iqtisadiyyatına və onun vətəndaşlarına qarşı sanksiyalar tətbiq etdi; c) Ukraynanı silahlı qüvvələrimizə qarşı yönəlmiş öldürücü silahlarla təmin edir. Başqa sözlə, o, Rusiyaya hibrid müharibə elan edib. Buna görə də Almaniya Rusiyanın düşməni kimi çıxış edir”, - deyə Medvedev vurğulayıb. Eyni zamanda, o, sözlərinə davam edərək: "Şolz almanların qazla bağlı bəzi kiçik problemlərinin olmasından təəccüblənir", - deyib.

"Eynən uşaq zarafatındakı kimi: "...Və hələ də and içirlər ki, mən burnumu çəkirəm"- deyə Təhlükəsizlik Şurasının sədr müavini bənzətmə edib.

Bundan əvvəl Scholz bəyan edib ki, Rusiya uzun müddətdir ki, müqavilə öhdəliklərini pozduğu üçün enerji resurslarının etibarlı təchizatçısı sayıla bilməz.

Rusiya tərəfi dəfələrlə müqavilə öhdəliklərinin pozulması ilə bağlı ittihamları rədd edib və qeyd edib ki, mövcud vəziyyət ilk növbədə Aİ-nin özünün enerji siyasəti və sanksiyalar səbəbindən yaranıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »