Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetdə tanış olduğu məşhur həkimi şantaja görə 8 il həbs tələbi
Prokuror özündən yaşca böyük qadından 8 min almaqda ittiham edilən şəxsə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib. Elnur İbrahimov Bakıda fəaliyyət göstərən klinikalarının birində çalışan nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Özündən yaşca çox böyük olan qadınla münasibət quran Elnur İbrahimov daha sonra onu rüsvay etməklə şantaj edərək 8 min manatdan çox pul alıb. Qadının polisə şikayəti nəticəsində saxlanılan Elnur İbrahimov barəsində nə istintaq nə də məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib. Elnur İbrahimov isə ittihamları qəbul etmir. O bildirib ki, pulu yardım məqsədilə həkimdən istəyib.

Bizimyol.info xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Prokuror çıxışında Elnur İbrahimov barəsində olan polis nəzarətində qətimkan tədbirinin həbslə əvəzlənməsini və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Həkimin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu qeyd edib. Elnur İbrahimovun vəkili çıxış üçün vaxt istəyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »