Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Scholz: Rusiya enerji müqavilələrini "uzun müddətdir" pozur
Scholz: Rusiya enerji müqavilələrini "uzun müddətdir" pozur

"Rusiya uzun müddətdir müqavilə öhdəliklərini pozduğu üçün etibarlı enerji təchizatçısı sayıla bilməz".

Bizimyol.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Scholz deyib.

Scholzun ​​sözlərinə görə, Rusiya artıq tədarüklər üzrə müqavilə öhdəliklərini yerinə yetirmir: “Soyuq müharibə dövründə belə həmişə baş verən bir şey artıq işləmir. Rusiya artıq etibarlı enerji tədarükçüsü deyil”, - deyə o, Almaniyada hakim partiyaların (Sosial Demokratlar, Yaşıllar və Liberallar) rəhbərliyinin təxminən 19 saat davam edən danışıqlarından sonra Berlində keçirilən mətbuat konfransında bildirib.

Kansler Ukraynadakı vəziyyətin nəticələrinin Almaniyada hiss olunduğunu bildirib və eyni zamanda qeyd edib ki, AFR Kiyevə dəstəyini davam etdirəcək. Scholz Almaniyadakı çətinliklərin məsuliyyətinin Rusiyanın üzərinə düşdüyünü bildirib. “Ölkəmiz çətin günlərdən keçir”, - deyə o bildirib. Eyni zamanda, o, növbəti qışda AFR-nin enerji təchizatının öhdəsindən gələcəyinə əminliyini ifadə edib. "Biz bu qışdan sağ çıxacağıq", - deyib.

Rusiya tərəfi dəfələrlə müqavilə öhdəliklərinin pozulması ilə bağlı ittihamları rədd edib. Rəsmi Kremil qeyd edib ki, mövcud vəziyyət ilk növbədə Aİ-nin özünün enerji siyasəti və sanksiyalar səbəbindən yaranıb.

Aİ-də enerji böhranı iyulun əvvəlində, Rusiyadan bir sıra Aİ ölkələrinə qaz tədarükündə ilk fasilələr, o cümlədən məhdudiyyətlər səbəbindən “Şimal axını” üçün turbinlərin saxlanması ilə bağlı problemlər yarandıqda daha da pisləşib. Bundan sonra Avropa Komissiyası Aİ ölkələrini Rusiya tərəfindən qaz tədarükünün tamamilə dayandırılması üçün fəal şəkildə hazırlaşmağa və təşkilatın bütün dövlətləri tərəfindən bu yanacağın istehlakını könüllü olaraq, 1 avqust 2022-ci ildən 31 mart 2023-cü il tarixinə qədərki dövr ərzində 15% azaltmaq planını həyata keçirməyə çağırıb.

Qeyd edək ki, fevralın 24-də prezident Vladimir Putinin qərarına əsasən Rusiya Ukraynayda "xüsusi əməliyyat" adı ilə müharibə elan edib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »