Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov həddindən çox vəzifədə qaldığını, müddətsiz tətilə layiq olduğunu bildirib
Kadırov həddindən çox vəzifədə qaldığını, müddətsiz tətilə layiq olduğunu bildirib

Ramzan Kadırov 15 ildən artıq müddətdə Çeçenistana rəhbərlik etdiyini və qədərindən artıq vəzifədə qaldığını bildirib.

APA-nın verdiyi xəbərə görə, o, bu barədə “Telegram” kanalında paylaşım edib.

“Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifə başında çox qalanam. Çox “oturduğumun” özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun tətilə tam layiqəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, - o müraciətində bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »