Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir qızım olsun..." - İtkin düşən alpinist qızın şeiri
Sosial şəbəkələrdə Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin fotoları paylaşılır, dostları onlarla birgə yaşadığı xatirələri bölüşürlər.

Onlar arasında F, Cəbrayılzadənin ötən ilin sentyabr ayında yazdığı şeiri feysbukda müzakirə mövzusuna çevirilib.

Azxeber.com həmin şeiri təqdim edirik:

Bir qızım olsun

Sahib ola bilmədiklərimi ona verə bilim,

Ola bilmədiklərimi deyim

Bir qızım olsun

Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim,

Əclafların qarşısında üzülməməyi öyrədim.

Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

Bir qızım olsun,

Söz versin, insanlara tez inanmasın,

Tez ürəkdən bağlanıb, qucağını açmasın,

Alət kimi bir gecəlik olmasın,

Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın

Aciz olmasın, sükut etməsin

Yüksəklərdə qanad çırparkən süqut etməsin.

Bir qızım olsun

Dul qalsa əgər,

Təhqir olunmağına izn verməsin.

Başqalarının əmlakı olmadığını bilsin,

Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin.

Bir qızım olsun,

Ona deyim ki, səsinə cəsarət qatsın

Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz,

Əgər ana ola bilməsə kişilər ölməz !

Bir qızım olsun

Evli qadına rəhm edə bilsin,

Kişi icazəsi olmadan nəfəs ala bilsin,

İstəyirəm Quşları Qəfəs'siz çəkə bilsin.

Mələk olsun istəmirəm..səhvləri olsun,

İstəyirəm qadın olsun..qadın ölsün.

Budur qadınlıq!

Bir qızım olsun

Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,

Kimsə qadına şiddətə cəhd etməyəcək.

Kimsə onu incitməyəcək.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü itkin düşüb. Onların axtarışı bir həftədən artıqdır ki, davam etsə də, hələki bir nəticə verməyib.

Son xəbərlər
Bütün xəbərlər »