Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tanınmış idman məşqçisini arvadı qətlə yetirdi
Bakıda tanınmış idman məşqçisini arvadı qətlə yetirdi

Kikboksinq üzrə tanınmış məşqçi Nurani Qalabəyli qətlə yetirilib. Hadisə sentyabrın 2-də baş verib.

Xətai rayon Prokurorluğundan Bizimyol.info-ya verilən məlumata görə, 48 yaşlı Nurani Qalabəyli yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələrilə qətlə yetirilib. Onun qətlinə görə həyat yoldaşı Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutulub.

“Sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ona bıçaqla çoxsaylı xəsarətlər yetirib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir”, - Xətai rayon Prokurorluğundan bildirilib.

Nurani və Əfsanə Qalabəylilərin birgə nikahdan 4 övladı var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »