Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
My Data Summit - "Hər datanın öz dəyəri vardır"
My Data Summit - "Hər datanın öz dəyəri vardır"

My Data Summit, Microsoft Office və Power Platforma məhsulları haqqında danışan məruzəçiləri birləşdirən dünyanın ilk onlayn konfransıdır. My Data Summit Microsoft spikerləri, Microsoft MVP-ləri və müxtəlif ölkələrdən olan icma ekspertləri ilə təşkil edilən 3 günlük CANLI tədbirdir.

Bu konfrans, Microsoft Excel, Power BI, Power Automate, Power Apps, Power Query, Power Pivot (DAX), Azure, Data Visualization və daha çox Microsoft Office və Power Platform mövzularını əhatə edən 33 sessiyadan ibarətdir.

Nə qazanacaqsınız?

My Data Summit onlayn konfransı ilə siz, bütün dünyada şəbəkənizi qurmaq və dünya ekspertlərindən yeni bacarıqlar öyrənmək imkanı əldə edirsiniz.

Məqsədimiz cəmiyyəti yayılan ən yeni və fərqli texnologiyalardan xəbərdar etmək və icma üzvlərinə məhsuldarlığını və performansını artıran doğru texnologiyadan lazımi yerdə, doğru zamanda istifadə etməyə kömək etməkdir.

Tədbirimiz Endless Fairs virtual platformasında baş tutacaqdır.

Tədbirimizə buradakı linkdənILGAR-FREE kuponundan istifadə edərək pulsuz qatıla bilərsiniz.

Tədbirə qatılanlara sertifikat və 1 il ərzində sessiyalara giriş imkanları veriləcəkdir.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı My Data Summit 2022 onlayn konfransının media tərəfdaşıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »