Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin dəyişkən qiymətinin səbəbi nədir...
Neftin dəyişkən qiymətinin səbəbi nədir...

Dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri ilə bağlı qeyri-müəyyənlik davam edir. Söhbət, volatillikdən, yəni aşağı və yuxarıya doğru oynamalardan gedir. Bu gün neftin dünya bazar qiymətləri 100 ABŞ dollarından aşağıdır.

İqtisadçı-ekspert Pərviz Heydərov Bizimyol.info xəbər protalına açıqlamasında bildirib ki, əslində, qiymətlər yenə bahadır. Belə ki, 1 barelin 90 dollardan yuxarı təklifi ucuz deyil. Lakin heç bir təminat yoxdur ki, qiymət birdən-birə bundan da baha olmasın, başqa sözlə desəm, əvvəl olduğu kimi 100 dolları keçməsin və yaxud da ki, sabah 80 dollardan da aşağı düşməsin. Yəni, enerji bazarında risk səviyyəsi yenə yüksəkdir və hətta birmənalı oaraq qeyd etmək mümkündür ki, hələ indiyədək heç bir vaxt olmadığı qədər yüksəkdir.

Pərviz Heydərov Pərviz Heydərov

“Qiymətlərin 100 dollardan aşağı düşməsinin səbəbi aydındır: dünya iqtisadiyyatında proseslər müsbət istiqamətdə inkişaf etmir və artım getdikcə, daha az səviyyədə proqnozlaşdırılır. Bu da iqtisadi əlaqələrin zəifləməsi, enerjidaşıyıcıları üzrə alış-verişin dalana dirənməsi, inflyasiya və bahaçılıqla əlaqədardır. Səbəb də, aydın məsələdir ki, Rusiya-Ukrayna müharibəsidir. Lakin qiymətlərin daha çox ucuzlaşacağı hələ ki gözlənilmir. Hətta ehtimal var ki, bu, gələn il də baş verməyəcək”,- deyə ekspert əlavə edib.

İqtisadçı bildirir ki, OPEC+ üzrə texniki komitə 2023-cü ildə defisit də yarana biləcəyini də açıqlayıb. Növbəti ildə bazarlarda guya ki, sutkada 300 min barel neft çatışmazlığı ortaya çıxacaq.

“Sual yaranır ki, bəs, sözügedən quruma aid ölkələr hasilatı getdikcə artırmaqla məşğul deyillərmi ?! Məsələ bundadır ki, bəzi texnoloji baryerlər bütün imkanlardan istifadəyə imkan yaratmır və bu üzdən, OPEC+ ölkələri hasilat sahəsində hələ heç pandemiyaya qədər vəziyyəti belə bərpa edə bilməyiblər. Halbuki, dünyada ümumi neft hasilatının 2/3 hissəsinin yükünü daşıyan, yəni yarıdan çoxunu çıxaran adı çəkilən qurum hər ay sutkada 400 min barel artım həyata keçirir. Xatırladım ki, pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində 2020-ci ilin mayında sukada 9,7 milyon barel, təxminən 10 faiz azldılmaya gedilmişdi, yəni bu haqda ortaq qərar qəbul edilmişdi”,- deyə iqtisadçı əlavə edib.

Ekspert hesab edir ki, cari ilin bu ayının sonuna OPEC+ üzrə hasilata qoyulan bütün məhdudiyyətlər aradan götürüləcək. Yəni, qurum məhz bu niyyətdədir. Ancaq bununla belə, yenə qiymət barədə konkret proqnoz vermək mümkün deyil.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »