Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada əsgərin həyat yoldaşı hərbi mövqeləri Rusiyaya satıb
Ukraynada əsgərin həyat yoldaşı hərbi mövqeləri Rusiyaya satıb

Dnepropetrovsk vilayətinin 31 yaşlı sakini hərbçi ərindən onun yeri, xüsusən də cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinin mövqeləri barədə məlumat istəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə USQ-nun mətbuat xidməti məlumat yayıb.

Satqın Rusiya Federasiyasına Donetsk və Zaporojye vilayətləri yaxınlığındakı cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektləri və texnikasının yerləşməsi barədə məlumatları təqdim edib.

Bildirilir ki, qadın may ayından Rusiya kəşfiyyatında işləyib. O, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi ilə ailəli olmasına və ortaq bir oğlu olmasına baxmayaraq, belə bir addım atıb. Onun əri şərq cəbhəsində olduğundan uşağın saxlanması üçün mütəmadi olaraq qadına pul köçürüb.

Əlaqədar şəxs işğalçılar bölgəni ələ keçirə bilsələr, ona Rusiya vətəndaşlığını və yüksək həyat səviyyəsini vəd edən rus hərbçisi olub. O əldə etdiyi, artilleriya və hava zərbələri üçün istifadə ediləcək məlumatları Rusiya Federasiyasının hərbi kəşfiyyatının messencerləri vasitəsilə ötürüb. Xain növbəti məlumat ötürülməsindən sonra saxlanılıb.

Müharibə ilə bağlı USQ-nin məlumatında qeyd edilir ki, Ruslar Donbası ələ keçirmək niyyətlərindən əl çəkməyiblər, indi sentyabrın 15-dən əvvəl Donetsk vilayətinin inzibati sərhədinə çatmaq istəyirlər.

Şərqdə RF Silahlı Qüvvələri əsas səylərini Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləyir. Kramatorsk və Novopavlovsk istiqamətlərində düşmən taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır.

Həmçinin, düşmən Xarkov vilayətində logistik marşrutları itirməmək üçün döyüşür.

Eyni zamanda, cənubda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Gün ərzində 100-dən çox işğalçının məhv edildiyi təsdiqlənib. Yujnobuqski istiqamətində rusların Potemkin yaxınlığındakı hücumu dəf edilib. Ağır itkilər, xüsusən də logistik marşrutların müntəzəm olaraq dağıdılması səbəbindən Rusiya pontonlar vasitəsilə Xerson vilayətinə əlavə texnika və şəxsi heyət köçürür.

Rusların hücumu bərpa etmək üçün Donbas və Zaporojye bölgəsinə yenidən qruplaşması və əlavə qoşun yerləşdirməsi barədə məlumatlar ortaya çıxıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »