Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda S-300 panikası və ABŞ-ın ikiüzlü sanksiya siyasəti
Yunanıstanda S-300 panikası və ABŞ-ın ikiüzlü sanksiya siyasəti

Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 müdafiə sistemləri alması nəticəsində yaranmış vəziyyətə NATO və ABŞ reaksiya vermiş, böyük böhran yaşanmışdı. ABŞ-ın o zamankı prezidenti Donald Tramp Türkiyəni F-35 proqramından çıxararmış, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etmiş, hətta bəzi adların ölkəyə girişini məhdudlaşdırmışdı.

Ancaq Türkiyəyə qarşı sanksiyalar tətbiq edən ABŞ Yunanıstana gəldikdə eyni reaksiyanı vermədi.

Bizimyol.info xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi Kritdəki S-300 müdafiə sistemlərinin ABŞ qanunlarında nəzərdə tutulan heç bir sanksiya riski daşımadığını açıqlayıb.

Bundan əlavə, Yunanıstan mətbuatına danışan və adı açıqlanmayan ABŞ Dövlət Departamentinin rəsmisi, sözügedən sistemin Yunanıstanda olmasının Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) tərəfindən nəzərdə tutulan sanksiyaların əhatəsinə daxil olmadığını açıqlayıb.

Kiriakos Mitsotakis və Co Bayden Kiriakos Mitsotakis və Co Bayden

Yunanıstanın S-300-lərin alınma tarixinin CAATSA qanununun qəbulundan on illər əvvəl, 1990-cı illərdə baş verdiyi vurğulanıb. Bildirilib ki, CAATSA 2017-ci ildən sonrakı vəziyyətləri əhatə edir.

S-300 zenit-raket kompleksinin Yunanıstan tərəfindən deyil, Cənubi Kipr tərəfindən alındığı da vurğulanıb.

Yunan mətbuatı da xatırladıb ki, o zaman Türkiyə Yunanıstanın S-300 almasına reaksiya verib. Digər tərəfdən, Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyənin Yunanıstanın S-300 sistemi ilə Türkiyənin F-16 döyüş təyyarələrini hədəf alması ilə bağlı iddialarının doğru olmadığını bir daha açıqlasa da, ABŞ Dövlət Departamentindən olan nümayəndə “Biz bunun fərqindəyik. Biz NATO müttəfiqlərimiz olan Yunanıstan və Türkiyəni regionda sülh və təhlükəsizliyi qorumaq və münaqişələri diplomatiya yolu ilə həll etmək üçün birgə işləməyə təşviq etməyə davam edirik. Biz bütün tərəfləri gərginliyi daha da artıra biləcək ritorikadan və hərəkətlərdən çəkinməyə çağırırıq”,- deyə bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »