Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin payız və qış hücumu üçün yeni qüvvələr yaratmağı proqnozlaşdırır"
"Putin payız və qış hücumu üçün yeni qüvvələr yaratmağı proqnozlaşdırır"

Rusiya rəhbərliyi çox güman ki, payız-qış aylarında Ukraynaya qarşı hücumu gücləndirmək üçün yeni qüvvələr yaratmağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibələrin Tədqiqi İnstitutunun (MTİ) hesabatında deyilir.

Ekspertlər vurğulayırlar ki, Putinin Ukraynadakı “anti-Rusiya anklavını” aradan qaldırmaq planlarını açıqlaması, həmçinin ukraynalılara qarşı köhnə aqressiv ritorikanı təkrarlaması Rusiya prezidentinin bütün ölkəni ələ keçirmək kimi maksimalist niyyətlərindən əl çəkmədiyini göstərir.

“Güman ki, bu ilin payız-qış aylarında Rusiyanın əlavə səyləri və güc yaradılmasına çağırış üçün informasiya şəraiti yaratmağı hədəfləyir”, - analitiklər bildirib.

Bununla yanaşı, ekspertlər sentyabrın 15-dən əvvəl Donbasın ələ keçirilməsini çətin hesab edirlər. Bölgənin işğalı rus komandanlığına ancaq işğalçı qoşunların mənəviyyatını yüksəltmək üçün lazımdır.

"Lisiçanskı ələ keçirdikdən sonra rus ordusu Avdiivka ətrafında kiçik uğurlar əldə edib, bundan sonra işğalçıların irəliləməsi dayanıb. Ruslar bütün diqqətlərini Donbasın ələ keçirilməsinə yönəldiblər, indi onlar sentyabrın 15-nə qədər Donetsk vilayətinin inzibati sərhədinə çatmaq istəyirlər", - deyə İnstitutun hesabatında qeyd edilir.

"Ukrayna ordusu Slavyansk, Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində düşmənin bütün hücumlarını dəf ediblər. Eyni zamanda, cənubda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Gün ərzində 100-dən çox işğalçının məhv edildiyi təsdiqlənib. Ağır itkilər, xüsusən də logistik marşrutların müntəzəm olaraq dağıdılması səbəbindən Rusiya pontonlar vasitəsilə Xerson vilayətinə əlavə texnika və şəxsi heyət gətirir", - deyə bildirilir.

Bundan başqa, hesabatda, rusların hücumu bərpa etmək üçün Donbas və Zaporojye bölgəsinə yenidən qruplaşması və əlavə qoşun yerləşdirməsi barədə məlumatlar ortaya çıxdığı qeyd edilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »