Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Tramp və onun tərəfdarları demokratiyanı təhdid edirlər
Bayden: Tramp və onun tərəfdarları demokratiyanı təhdid edirlər

"ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp və onun tərəfdarları Amerika siyasi sisteminin əsaslarını təhdid edən ekstremizmin təcəssümüdür".

Bizimyol.info xəbər verir ki, Ağ Evin saytında verilən məlumata görə, bunu cümə axşamı ABŞ prezidenti Co Bayden Filadelfiyada demokratik dəyərlər və respublikaçıların siyasətinə qarşı çıxması zamanı deyib.

"Donald Tramp və MAGA şüarını dəstəkləyən respublikaçılar respublikamızın təməllərini təhdid edən ekstremizmin təcəssümüdür", - deyə prezident qeyd edib (MAGA (Make America Great Again, - Amerikanı Yenidən Böyük Et) Trampın 2016-cı il seçki kampaniyasının əsas siyasi şüarıdır).

“Mən çox aydın danışmaq istəyirəm: hər Respublikaçı və hətta əksər Respublikaçılar MAGA Respublikaçıları deyil. Hər respublikaçı öz ifrat ideologiyasını bölüşmür”, - deyə Bayden müxalifət partiyasının bir çox nümayəndəsi ilə uğurla işləyə biləcəyini qeyd edib.

Lakin o, əmindir ki, orada hələ də “Tramp və MAGA-Respublikaçılar” üstünlük təşkil edir və Respublika Partiyasının özü də “Tramp tərəfdarlarının təsiri altındadır və onlardan qorxurlar”.

ABŞ prezidenti: "Bərabərlik və demokratiya təhlükə altındadır. Və biz, bunun belə olmadığına özümüzü inandırsaq, vəziyyətin daha da pisləşməsinə rəvanc vermiş olacağıq. "MAGA-Respublikaçılar" konstitusiyaya hörmət etmir, qanunun aliliyinə inanmır, xalqın iradəsini tanımır, azad seçkilərin nəticələrini tanımaqdan imtina edir. Onlar hesab edirlər ki, onların uğur qazanması üçün hər kəs uduzmalıdır. İnanıram ki, Amerika hər kəsin uğur qazanması üçün kifayət qədər böyükdür”, - deyə Bayden davam edib

Baydenin çıxışı ABŞ Konstitusiyasının və Müstəqillik Bəyannaməsinin imzalanması mərasiminin keçirildiyi Müstəqillik Zalı yaxınlığındakı parkın ərazisində baş tutub. Yoldan keçən bir neçə nəfər şüarlar səsləndirərək Baydenin çıxışına mane olmağa çalışıb. Prezident buna diqqət çəkib və tərəfdarlara müraciət edərək onları təmkinli olmağa dəvət edib: "Onların özlərini hədsiz aparmağa haqqı var. Biz demokratiya tərəfdarlarıyıq. Demokratik cəmiyyətdə hər kəs sözünü deməlidir", - deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »