“Ərzaq müqaviləsi”nin icrasına başlanılan avqustun 1-dən Ukrayna limanlarından 1,67 milyon tondan çox ərzaq ixrac edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin (BKM) yaydığı məlumatda deyilir.
"Sentyabrın 1-nə Ukraynanın üç limanından ixrac edilən taxıl və digər ərzaq məhsullarının ümumi həcmi 1 677 396 ton təşkil edib", - sənəddə deyilir. BKM-nin məlumatına görə, son bir ay ərzində qurumun mütəxəssisləri 78 gəminin Ukrayna limanları istiqamətində keçidinə icazə verib, 68 gəmiyə ərzaq yükləri ilə limanları tərk etməyə icazə verilib.
İyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara çıxarılmasına dair sənədlər paketi imzalanıb.
Xüsusilə, Rusiya və BMT-nin bağladığı memorandum sayəsində beynəlxalq ictimaiyyət bu malların ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işinə qoşulub.
Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini təsdiqləyib. Rusiya Federasiyası, Türkiyə, Ukrayna və BMT arasında razılaşma əsasında taxıl daşıyan gəmilərin yoxlanılmasını təmin edən, eyni zamanda təxribatlara son qoymalı və silah qaçaqmalçılığının qarşısını alan koordinasiya mərkəzi yaradılıb.
BMT-nin vəzifəsi ayda 2-5 milyon ton ərzaq ixracının həcminə çatmaqdır.
Qadir, Bizimyol.info