Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-də Omikron ştamına qarşı 2 vaksinə icazə verilib
Aİ-də Omikron ştamına qarşı 2 vaksinə icazə verilib

Avropa Dərman Agentliyi koronavirusun Omikron ştamına qarşı 2 vaksinin Avropa İttifaqında tətbiqinə icazə verib.

APA-nın xəbərinə görə, agentlik “Pfizer/BioNTech” və “Moderna” şirkətlərinin 2 vaksininin Avropada tətbiqinə icazə verib.

Baş qərargahı Amsterdamda yerləşən agentlik bildirir ki, hər 2 vaksin yaşı 12-dən yuxarı olan şəxslərə tətbiq edilə bilər.

Qeyd edək ki, ABŞ və Kanada ötən həftə sözügedən vaksinlərin tətbiqinə icazə verib.

Son xəbərlər
Bütün xəbərlər »