Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin rublu xilas etməyin yolunu axtarır
Putin rublu xilas etməyin yolunu axtarır

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının yeddinci ayında Rusiya rublun artımını ləngitmək üçün 70 milyard dollar (təxminən 4,4 trilyon rubl) “dost” valyutalar almağa hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Hazırkı plan hökumətin və Mərkəzi Bankın yüksək vəzifəli şəxslərinin, o cümlədən tənzimləyicinin rəhbəri Elvira Nabiullinanın iştirak etdiyi xüsusi iclasda dəstək aldı.

“Yeni şəraitdə gələcək böhranlar zamanı likvid valyuta ehtiyatlarının toplanması son dərəcə çətin və məqsədəuyğun deyil. Dondurulmuş 300 milyard dollar Rusiyaya kömək etmədi; əksinə, onlar zəifliyə və əldən verilmiş imkanların simvoluna çevriliblər”, – deyə "Bloomberg" yazır.

“Bununla belə, yuan aktivlərinin satışı, Çin ilə ayrıca razılaşma tələb edir, böhran şəraitində buna nail olmaq çox çətin olacaq. BƏƏ dirhəmi kimi digər valyutalar hökumətlər öz siyasətlərini dəyişdikcə “yüksək siyasi riskə” məruz qalırlar. Türk lirəsi də öz növbəsində ciddi devalvasiya risklərinə məruz qalıb”,- deyə nəşr qeyd edib.

Məqalədə həmçinin qeyd olunur ki, Rusiyanın yuandakı valyuta ehtiyatları 2022-ci ildə 180 milyard dollara çata bilər. Rusiya Mərkəzi Bankı sanksiyaların tətbiqindən sonra ölkənin valyuta ehtiyatları haqqında ətraflı məlumatın dərcini dayandırıb. Lakin yanvarın 1-nə olan məlumata görə, yuan 100 milyard dollardan bir qədər çox olmaqla 17,1 faiz təşkil edib.

"Forbes" yazır ki, yeddinci aydır müharibəni davam etdirən Rusiyada avqustun 31-nə olan məlumata görə, Putinin Ukrayna ilə bağlı uğursuz fantaziyalarının nəticəsi olaraq əhalinin 80%-i əmanətsiz qalıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »