Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aqil Baba Türbəsi: "Sanki bir göz səni izləyir, sıxıntını başa düşür"
Aqil Baba Türbəsi: "Sanki bir göz səni izləyir, sıxıntını başa düşür"

Maştağa, Bakının qədim kəndlərindən hesab edilir. Bu kənddə olan dini məkanların yeri isə, digər kəndlərlə müqayisədə kifayət qədər çoxdur. Aqil Baba Türbəsi – 7 qapı piri də bu ziyarətgahlardan biri, həm də iddialara görə ən güclüsüdür. 7 qapı Aqil Baba Türbəsinin yaxınlığında yerləşir. Deyilənə görə, 7 qapı o qədr güclü, möcüzəvi bir yerdi ki, kimin nə arzusu varsa, bu pirdən istədiyi zaman həyata keçir.

Bizimyol.info komandası bu dəfə Maştağada Aqil Baba türbəsi - 7 qapı pirində olub. Əvvəlcə onu qeyd edək ki, pirə gələnlərin sayı həddən artıq çoxdur. Çünki ərazidə təkcə pirlər deyil, həm də Maştağa kəndinin Şəhidlər Xiyabanı yerləşir. İndi isə, 7 qapı pirindən danışaq. 7 qapı piri qədim tarixə malikdir. Deyilənə görə, kim ürəyində arzu tutub pirin qapılarından keçsə arzuları həyata keçir.

Pirə ziyarətə gələn Nazilə Bayramova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uzun illərdir ki, bu piri ziyarət edir. Və pirin kəramətinə inanır: “Özümü tənha hiss edəndə, yorulanda bura gəlirəm. 7 qapı sakitlik verir. Sanki bir göz səni izləyir, sıxıntını görüb başa düşür. Həm də sınamışam pirdə kiməsə zərər vermək üçün arzu tuta bilməzsən. Ancaq yaxşı arzuların, niyyətlərin yeridir 7 qapı. Məsələn, kimin uşağı yoxdursa, kim sağlamlığına qovuşmaq istəyirsə, 7 qapıya üz tutur. Sevgilisinə qovuşmaq istəyənlər, dərdi olanlar da gəlib, öz dərdlərinə dərman axtara bilərlər”.

Pirə inanmadan gələnlər də az deyil. Başqalarının hərəkətlərini gülə-gülə təqlid edib keçənlər də var. Deyilənə görə, kimin niyyəti varsa, pirin 1-ci qapısından girib, qapıları bir-bir gəzib 7-ci qapıdan çıxır. Və iddialara görə, həmin şəxsin diləyi həyata keçir.

Pirin yaxınlığında kənddə “Aqil baba” adı ilə tanınan Seyid Kamil Ağanın türbəsi də var.

“Aqil baba”, dövrünün müqəddəslərindən olub. Maştağa və digər kəndlərdən insanlar onun yanına, hamı ona Ağıllı Baba - Aqil Baba deyirmiş.

Pirin yaxınlığında ziyarətçilərin namaz qılması, dincəlməsi üçün xüsusi otaq da hazırlanıb. Qeyd edək ki, burada uşaqların və böyüklərin qorxuluğunun götürülməsi üçün xüsusi yer də var.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »