Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-dan Türkiyəyə qarşı ikiüzlü davranış
NATO-dan Türkiyəyə qarşı ikiüzlü davranış

30 avqust Qələbə Günü münasibəti ilə Türkiyəni təbrik edən NATO Müttəfiq Quru Qoşunları Komandanlığı Yunanıstanın reaksiyasından sonra paylaşımını silib.

Bizimyol.info xəbər verir ki, bir neçə gün əvvəl NATO Müttəfiq Quru Qoşunları Komandanlığının sosial media hesabından “30 Avqust Qələbə Günü” ilə bağlı paylaşım edilib. Türk əsgərlərinin fotosunun yer aldığı paylaşımda türkcə "Zəfər bayramınız mübarək" deyə qeyd edilib.

Yazının davamında "Bu gün Türkiyənin müstəqilliyinin 100-cü ildönümüdür. Zəfər və Türk Silahlı Qüvvələri Bayramı qeyd etmələrində NATO və onun hüdudlarından kənarda olan türk müttəfiqlərimizin yanındayıq" sözləri yazılıb.

NATO-nun yuxarıda qeyd etdiyimiz paylaşımı Yunanıstan mediasında geniş əks-səda doğurub. Bir çox qəzet bu paylaşıma reaksiya verib.

Həmin qəzetlərdən biri olan “Ta Nea” qəzeti olub. O, xəbəri “NATO bombası: 1922-ci ildə Yunanıstan üzərində qazandığı qələbə münasibətilə Türkiyəni təbrik etdilər ” başlığı ilə oxucularına təqdim edib.

Daha əvvəl Türkiyə ilə bağlı əsassız iddiaları öz səhifələrinə daşıyan qəzet xəbərdə bu ifadələrə yer verib:

“Əslində bu gün (30 avqust) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə hakimiyyətinin hədələrlə Yunanıstana şiddətli hücuma keçməyi seçdiyi gündür”.

Digər tərəfdən “Yunanıstan CNN” kanalı “NATO Türkiyəni Yunanıstan üzərində qazandığı qələbə münasibətilə təbrik etdi” başlıqlı xəbərində bu paylaşımın "sürpriz yaratdığını" iddia edib. Məqalədə LANDCMD mesajında “Qələbə gününüz mübarək” yazılıb. Əslində o, Türkiyəni NATO ailəsinin digər üzvü olan Yunanıstan üzərində qələbə münasibətilə təbrik edib.

“Kathimerini”də çıxan xəbərə görə, Yunan mətbuatının bu xəbərindən sonra Afina hərəkətə keçib. Yunanıstan Xarici İşlər Nazirliyi alyansın daimi nümayəndəsinin paylaşımı pisləyən şikayət ərizəsi verdiyini bildirib. Nazirlik Yunanıstan ordusunun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahına oxşar şikayəti təqdim edəcəyini açıqlayıb.

Yunanıstanın açıqlamasından saatlar sonra təbrik mesajı olan paylaşım silinib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »