Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev növbədənkənar prezident və parlament seçkiləri elan edib
Tokayev növbədənkənar prezident və parlament seçkiləri elan edib

Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci ilin payızında, parlament seçkiləri isə 2023-cü ilin birinci yarısında keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Qazaxıstan prezidenti Kasım-Comart Tokayev ölkə xalqına müraciətində bildirib.

“Mən bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm",- deyə prezident bildirib.

Dövlət başçısı, həmçinin gələn ilin birinci yarısında Milli Məclisin (aşağı palatası) və məclislərin (yerli nümayəndəlik orqanları) növbədənkənar seçkilərinin təşkilini təklif edib.

Bundan əlavə, Tokayev prezidentlik müddətinin mandatının iki dəfədən birə endirilməsini zəruri hesab edir. O, prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılacağını bildirib. Respublika başçısı qeyd edib ki, 2023-cü ilin ortalarında Qazaxıstanda bütün dövlət orqanlarında siyasi yenilənmə baş verəcək: “Mənim üçün dövlətin maraqları hər şeydən üstündür, ona görə də öz səlahiyyət müddətimin azaldılmasına baxmayaraq, növbədənkənar prezident seçkilərinə getməyə hazıram”, - deyə o qeyd edib.

2019-cu il martın 19-da Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsindən istefa verib. Ertəsi gün Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) keçmiş rəhbəri Kasım-Comart Tokayev and içərək ölkə prezidenti vəzifəsinin icrasına başlayıb. Qazaxıstanda 9 iyun 2019-cu ildə növbədənkənar prezident seçkiləri keçirilib və bu seçkilərdə Tokayev səslərin 70,96 faizini toplayaraq qalib gəlib. İndiyə qədər Qazaxıstan Respublikada prezident seçkiləri beş ildən bir keçirilirdi.

2021-ci il yanvarın 10-da Məclisə (parlamentin aşağı palatası) keçirilən seçkilərdən sonra hakim Nur Otan (sonradan adı dəyişdirilərək Amanat) partiyası 71,09%, Qazaxıstan Xalq Partiyası 9,10%, Ak Jol ("Parlaq yol") - 10,95% səs toplayıb. Seçici fəallığı 63,25 faiz təşkil edib. Növbəti parlament seçkiləri 2025-ci ildə keçirilməli idi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »