Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qiymətini məhdudlaşdırmaq Rusiyanın gəlirlərini azaldacaq - Ağ Ev
Neftin qiymətini məhdudlaşdırmaq Rusiyanın gəlirlərini azaldacaq - Ağ Ev

"ABŞ hökuməti Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq üçün Rusiya neftinə ən yüksək qiymət hədinin müəyyən edilməsini ən effektiv üsul hesab edir".

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.

"Bu məsələ Cümə günü "G7" maliyyə nazirlərinin iclasında daha çox müzakirə ediləcək", - deyə o bildirib. Jean-Pierre xatırladıb ki, ABŞ və müttəfiqləri artıq Rusiya neftinin idxalını azaltmağa yönəlmiş bir sıra tədbirlər həyata keçiriblər. Ağ Ev nümayəndəsinin sözlərinə görə, Moskva satış üçün “yeni bazarlar” axtarmağa davam edir. O bildirib ki, bütün bunların fonunda Vaşinqton Rusiya neftinə ən yüksək qiymət həddi tətbiqini Kremilin gəlirlərinə təsir etməyin ən effektiv yol olduğunu hesab edir ki, bu da neftin dünya qiymətlərinin aşağı düşməsinə kömək edəcək.

"Cümə günü bunun necə işləyəcəyi haqqında daha çox öyrənəcəyik. Bu, təkcə bizim tərəfimizdən deyil, həm də müttəfiqlərimiz olan "G7" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Biz inanırıq ki, bu, Rusiyanı maliyyə gəlirlərinə zərbə vurmaq üçün vacib addım hesab oluna bilər. Biz də artıq, fikrimizcə, təsirli olan tədbirlər görmüşük, lakin dediyim kimi, Rusiya həmişə başqa bazarlar axtarır, ona görə də biz bu xüsusi tədbiri effektiv hesab edirik", - Jan-Pierre deyib.

Jurnalistlərdən biri ABŞ hakimiyyətinin “Çin və Hindistandan Rusiya neftinin alınmasını dayandırmağı” xahiş etmək niyyətində olub-olmadığını soruşub. Jean-Pierre cavab verdi: "Hesab edirəm ki, biz bu barədə aydın danışdıq, əlavə edəcəyim heç bir şey yoxdur", - deyib və ABŞ-ın Rusiya neftinin qiymətini məhdudlaşdırmağı Rusiyanın gəlirlərini azaltmağın ən yaxşı yolu hesab etdiyini bir daha söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »