Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskiyə sərt ittiham: "İtaliyadakı villasını Rusiya vətəndaşlarına icarəyə verib"
Zelenskiyə sərt ittiham: "İtaliyadakı villasını Rusiya vətəndaşlarına icarəyə verib"

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Rusiya vətəndaşlarına qarşı sanksiyaları artırmaq istəyən Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyadakı lüks villasını Rusiya vətəndaşlarına kirayə verdiyi barədə iddialar yayılıb.

Bizimyol.info xəbər verir ki, İtaliyanın “İl Tirreno” qəzetinin xəbərinə görə, Ukrayna lideri avqust ayında Toskanadakı evini Rusiya vətəndaşlarına bir ay müddətinə kirayə verib. Londonda yaşayan rusiyalı cütlüyün villada bir ay qalmaq üçün 50 min dollar ödədiyi bildirilib. İtaliya qəzeti cütlüyün sosial şəbəkədə paylaşdığı lüks villanın fotolarının da vəziyyəti təsdiqlədiyini yazıb.

Bu xəbərin Ukrayna liderinin Aİ liderlərini Rusiya vətəndaşlarına viza verməməyə çağırdığı bir vaxta təsadüf etməsi diqqət çəkib.

Məlumat üçün bildirək ki, Ukrayna lideri sahilyanı Forte dey Marmi şəhərindəki dəbdəbəli evi hələ prezident olmadığı vaxtlarda, yəni aktyor olarkən 4 milyon avroya alıb.

Bundan əlavə, İtaliyanın aparıcı qəzetlərindən biri olan “Corriere Della Serra”ya danışan daşınmaz əmlak agenti bu iddianı təkzib edərək kirayəçilərin Rusiyadan olmadığını, lakin şəxsi həyatlarının gizliliyi səbəbindən əlavə açıqlama verə bilməyəcəklərini bildirib. Lakin hadisə şahidləri bildirirlər ki, cütlük rus dilində danışırmış.

Qəzet kirayəçilərin böyük ehtimalla rus əsilli olduqlarını, lakin onların İngiltərədə yaşadığını və Britaniya vətəndaşları olduğunu bildirib.

Xatırladaq ki, Aİ ölkələri dünən Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi toplantıda Rusiya ilə əvvəllər imzalanmış viza rejiminin sadələşdirilməsi sazişini dayandırmağa razılaşıblar. Zelenskinin Rusiya vətəndaşlarına istənildiyi kimi viza verilməməsi təklifi isə Fransa, Almaniya və Yunanıstan və Cənubi Kipr kimi üzvlərin etirazları səbəbindən rədd edilib.

Qeyd edək ki, Zelenski keçən ay Rusiya vətəndaşlarının AB ölkələrinə girişinin qadağan edilməli olduğunu bildirərək “Onlar fikirlərini dəyişənə qədər bir müddət öz dünyalarında yaşamalıdırlar”,- deyə bildirib.

Ukrayna lideri mart ayında verdiyi açıqlamada isə İtaliya hökumətinin Rusiyanın bütün əmlaklarını, evlərini və yaxtalarını müsadirə etməli olduğunu bildirib.

Sonda əlavə edək ki, iddialara görə, Zelenskinin xaricdəki hesabında və Londondakı evlərində, həmçinin Toskanadakı villasında külli miqdarda pul var. Bununla belə Zelenskinin həmin pulları çirkli yollarla deyil, qanuni yollarla qazandığı da bildirilir. Məsələ ondadır ki, Zelenski hələ aktyor olduğu vaxtlarda milyonçu idi və pullarını da müxtəlif sahələrə yatırmaqla artırıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »