Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev həmkarı Zuzana Çaputovaya təbrik məktubu göndərib
Prezident İlham Əliyev həmkarı Zuzana Çaputovaya təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya təbrik məktubu göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Məktubda deyilir:

-Hörmətli xanım Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »