Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Matvienko: Rusiyanın müharibəni başa çatdırmaq üçün kifayət qədər resursları var
Matvienko: Rusiyanın müharibəni başa çatdırmaq üçün kifayət qədər resursları var

Rusiya Ukraynada keçirilən "xüsusi hərbi əməliyyat" çərçivəsində qələbə qazanmaq üçün lazımi qərəd resurslara malikdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko parlamentin yuxarı palatasının saytındakı bloqunda yazıb.

“Bu il Bilik Gününü çətin vəziyyətdə qeyd edirik. Rusiya Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat" keçirir.

İndi, altı aydan sonra, ölkəmizə yaxınlaşan təhlükənin nə qədər böyük olduğu, "xüsusi hərbi əməliyyat"la bağlı qərarının nə qədər vaxtında verildiyi aydın görünür.

Şübhə yoxdur ki, qalib gəlmək üçün kifayət qədər resursumuz olacaq - təkcə maddi imkanlar deyil, həm də intellektual, mənəvi resurslarımız da kifayət edəcək”, - deyə o yazır.

Matvienko əlavə edib ki, rusiyalı hərbçilər ən müasir silah və texnika ilə təchiz olunublar: "Bizim ordumuz humanist hərəkət edir, mülki şəxslərdən canlı qalxan kimi istifadə etmirlər, sosial və kommunal infrastrukturu məhv etmirlər".

“Bizim cəsur əsgər və zabitlərimizin, vətənpərvər gənclərimizin olması, dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin yüksək səviyyədə olması, ölkədaxili təhsil - tərbiyə sisteminin vəhdəti, bu sahədə aparılan siyasətin, onun təməl prinsipinin səmərəliliyinə inandırıcı sübutdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun hesabatlarında dəfələrlə rusiya ordusunda maddi və mənivi çatışmazlıqların olduğu barədə məlumat verilib.

Britaniya kəşfiyyatı rus ordusunun zabit heyətində ciddi çatışmazlığın olduğunu və Rusiyanın yüksək rütbəli hərbçilərinin Ukraynaya qarşı döyüşmək istəmədiklərin bildirib. Kəşfiyyatın məlumatına görə Moskva bu çatışmazlığı müzdlu hərbi xidmətə cəlb etmək hesabına bərpa edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »