Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraq təhlükəsizlik qüvvələri Bəsrəni nəzarətə götürüb
İraq təhlükəsizlik qüvvələri Bəsrəni nəzarətə götürüb

İraq təhlükəsizlik qüvvələri cümə axşamı silahlı toqquşmaların baş verdiyi Bəsrə əyalətində vəziyyəti nəzarətə götürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə əyalətin qubernatoru Əsəd əl-Aydani bildirib.

Qubernator: "Bəsrə valiliyində vəziyyət nəzarət altındadır, təhlükə yaradacaq hərəkətlərə müdaxilə edilir və təhlükəsizlik qüvvələri asayişi təmin edir".

Bundan əvvəl Əl-Cəzirə telekanalı İmam Müqtəda əs-Sədrin tərəfdarları ilə hərbiləşdirilmiş şiə milislərinin Əsaib Əhli-Həq nümayəndələri arasında baş verən toqquşmada bir nəfərin həlak olması, iki nəfərin yaralanması barədə məlumat yayıb. Əlsumaria telekanalının məlumatına görə, toqquşmalarda İmam əs-Sədrə bağlı Saraya əs-Salam (Sülh Briqadaları) yarımhərbi birləşmələrinin döyüşçüləri də iştirak edib.

Bazar ertəsi siyasətdən getdiyini elan edən Əl-Sədrin yüzlərlə tərəfdarı Bağdadın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya hücum edərək, Respublika Sarayını mühasirəyə alıb və binaya daxil olublar.

Etirazlar sadristləri qovmağa çalışan təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmaya çevrilib. Etirazlar İraqın digər bölgələrinə də yayılıb. Son məlumatlara görə, ölənlərin sayı 30-a çatıb, 300-dən çox insan yaralanıb.

Bağdaddakı iğtişaşlar əs-Sədr tərəfdarlarından parlamentin yaxınlığındakı əraziləri və ölkə paytaxtında bütün “yaşıl zona”nı bir saat ərzində boşaltmağı tələb etdikdən sonra dayandırılıb.

Qadir,Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »