Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Scholz: Rusiyaya qarşı sanksiyalar düzgün və effektiv qərardır
Scholz: Rusiyaya qarşı sanksiyalar düzgün və effektiv qərardır

Almaniya kansleri Olaf Şolz Ukraynadakı vəziyyətə görə Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların “düzgün və təsirli” olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu fikri “Magdeburger Volksstimme” qəzetinə müsahibəsində bildirib.

"Qərbin sanksiyaları təsirli və düzgündür. Onlar bu müharibəni nəhayət bitirmək məqsədi ilə Rusiyaya təzyiqi artırmaq üçün mühüm vasitədir. Çünki Moskva üçün xərclər əhəmiyyətlidir”, - deyə Almaniya kansleri Şolz bildirib.

“Ölkə dünyanın texnoloji tərəqqisindən asılıdır. Bu nə qədər davam etsə, Rusiyaya bir o qədər çox ziyan dəyəcək”, - Almaniya hökumətinin başçısı vurğulayıb. Eyni zamanda, Şolz Almaniyanın Rusiya Federasiyasına qarşı sanksiyalar kursundan dönməyəcəyinə söz verib: "Avropanın bu müharibəyə güclü və vahid cavabı Rusiya prezidenti Vladimir Putini təəccübləndirdi. O, bunu heç də gözləmirdi. Lakin Qərbin qəti qərarları Rusiya üçün yaxın gələcəkdə belə bərpa eilməsi mümkün olmayacaq zərbə oldu. Bu Rusiya siyasətinin beynəlxalq qaydalara uyğunlaşdırılması üçün doğru qərarlardır", - deyə Şolz yekunlaşdırıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "Donbass- respublikaları"nın rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.

Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı genişmiqyaslı, o cümlədən şəxsi sanksiyalar tətbiq etdi.

Bundan əlavə, Qərb dövlətləri Kiyevə bu mərhələdə milyardlarla dollarla qiymətləndirilən silah və hərbi texnika tədarük etməyə başlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »