Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada gizli səfərbərlik Moskva və Sankt-Peterburqa da çatdı - Kəşfiyyat
Rusiyada gizli səfərbərlik Moskva və Sankt-Peterburqa da çatdı - Kəşfiyyat

Rusiyanın Ukraynaya hücumu davam edir. Müharibə artq 7-ci ayına keçib. Dünyanın gözü və qulağı bu bölgədən gələn xəbərlərdədir.

Bizimyol.info xəbər verir ki, yeni yayılan məlumata görə, ruslar Krımın müdafiəsini moskvalılar, peterburqlular və çağırışçılarla gücləndirməyi planlaşdırırlar.

Ukrayna saytları bildirir ki, bu, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarıdır və müdafiə idarəsi tərəfindən verilib.

Belə ki, kəşfiyyat məlumatlarına görə, Moskva və Leninqrad vilayətlərinin, o cümlədən Rusiya Federasiyasının paytaxtı və Sankt-Peterburqun hərbi komissarlıqları yerli sakinlərin kütləvi şəkildə hərbi xidmətə çağırılması ilə bağlı göstərişlər alıblar.

GUR-un məlumatına görə, gizli səfərbərlik zamanı çağırılan moskvalıların və peterburqluların Krımda olan hərbi hissələrə yerləşdirilməsi planlaşdırılır.

Bundan başqa, müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasından hərbi hissələrin doldurulması və Krım yarımadasının müdafiəsinin gücləndirilməsi məqsədilə Cənub Hərbi Dairəsinin komandanı, ordu generalı Aleksandr Dvornikov Krıma 1200 çağırışçı göndərmək barədə qərar verib.

Valeri Gerasimov, Vladimir Putin, Sergey Şoyqu Valeri Gerasimov, Vladimir Putin, Sergey Şoyqu

Bildirilir ki, həmin 1200 çağırışçı Ukrayna qoşunlarının zərbələri altında və “partizanların” əli ilə 5 min rubla yaxın (təxminən 82 dollar) əməkhaqqı müqabilində xidmət edəcək və həlak olacaq.

Qeyd edək ki, Rusiya Federasiyası çağırışçıların hərbi əməliyyatlarda iştirakını inkar edir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »