Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba: Belarus Rusiyanın törətdiyi cinayətlərə şərikdir
Kuleba: Belarus Rusiyanın törətdiyi cinayətlərə şərikdir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ-nin təkcə Rusiya deyil, həm də Belarus vətəndaşlarına tətbiq etdiyi viza sanksiyalarının uzadılmasını istəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, “Azadlıq” radiosuna müsahibəsində danışıb.

Belə ki, Belarus vətəndaşlarına viza məhdudiyyətinin tətbiq edilib-edilməməsi ilə bağlı suala Kuleba belə cavab verib: "Əlbəttə. Belarus Rusiya Federasiyasının törətdiyi təcavüz cinayətində şərikdir".

Nazir ruslar üçün tam viza qadağasına qarşı çıxan Fransa və Almaniyanın mövqeyini də tənqid edib.

“Fransa və Almaniyanın rusların Aİ-yə daxil olma imkanını qorumaq lazım olduğu barədə birgə bəyanatını oxuyanda, çünki bu, böyük bir "transformativ hərəkət və Rusiya cəmiyyətinə təsir vasitəsidir", onda məntiqi sualım var: Rusiya ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2007-ci ildən qüvvədədir”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, vizaların verilməsinin sadələşdirilmiş forması işləsə də, bu, ruslara başqa ölkələrə və başqa xalqlara hörmət etməyi öyrətməyə kömək etməyib həmçinin onların Avropaya münasibətini dəyişməyib.

Kuleba xatırladıb ki, Rusiya 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayıb, 2014-cü ildə Ukraynaya qarşı müharibəyə başlayıb, Putin rejiminin əleyhdarlarına bir sıra sui-qəsdlər törədib (o cümlədən Aİ ölkələri ərazisində), həmçinin Avropanın enerji şantajını davam etdirir: "Mənim bir sualım var: Sizin "çevirici qüvvəniz" çox işləyirmi? Bəlkə reallığın gözünə baxıb etiraf edəcəksiniz ki, müəyyən illüziyalardan qurtulmaq lazımdır? - deyə o qeyd edib"

O, həmçinin bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi artıq Avropa liderlərini bəzi illüziyalardan xilas edib.

"Həmkarlar Rusiya haqqında çoxlu illüziyalarla dolu fikirlər söyləyiblər, bu ölkəyə və siyasətə ayıq nəzər salıblar, lakin bu son "Putin pisdir, insanlar yaxşıdır" hekayəsi də bir illüziyadır", - deyə Kuleba bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »