Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Açıq havada gəzmək zehnin açılmasına kömək edir"
"Açıq havada gəzmək zehnin açılmasına kömək edir"

İdman sağlamlıq üçün çox önəmlidir. Əzələ yığmaq, daim formada olmaq üçün müntəzəm idmanla məşğul olmaq lazımdır. Mütəxəssislərin fikrincə, idmanla məşğul olmağın psixoloji faydaları da varmış.

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nəinki idman etmək, hərəkət etmək insan üçün əhəmiyyətlidir.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Hərəkətsiz canlılarda beyin yoxdur. Yalnız hərəkət edən canlılarda beynin olması onun sanki hərəkət üçün dizayn olunduğunu göstərir. Bədənimiz hərəkət etdikcə beynimiz də əsl vəzifəsini yerinə yetirmiş olur. Ən sadə nümunə ilə izah etsək, uzun müddət bir yerdə oturub zehni işlə məşğul olduqda bir müddətdən sonra beyin dayanır sanki. Fokusunuzu eyni yerə cəmləməkdə çətinlik çəkirsiniz. 10 dəqiqə açıq havada gəzmək zehnin açılmasına kömək edir. Bunun səbəbi çox sadədir. Bədənimiz hərəkət etdiyi anda ətrafımızın daha yaxşı fərqində olmaq üçün yuxarıya doğru göndərilən siqnallar beynin oyanmasına, aktivləşməsinə səbəb olur. Bunun əksinə, daha az fiziki aktivlik isə konsantrasiyanın pozulmasına, zehnin zəyifliyinə səbəb olur. Bunlar hərəkət etməyin anlıq faydalarldır”,- deyə psixoloq qeyd edib. Onun sözlərinə görə, uzun müddətli hərəkət, yəni idmanla məşğul olmaq, beynin endorfin və serotonin kimi hormonları ifraz etməsinə səbəb olur. Bu hormonlar, xoşbəxtlik hormonlarıdır. Bu hormonlar eyni zamanda depressiyanın yaranmasının qarşısını alır.

“Hərəkət etməyin fokuslanmağa kömək etdiyini yuxarıda vurğuladım və əlavə etmək istəyirəm ki, problemləri şişirdib həll yolu tapa bilməyən insanlar əslində konsentrasiya çətinliyi yaşayırlar. Bu isə daimi gərgin və əsəbi olmağa gətirib çıxarır. Problemləri asanlıqla çözə bilən insanlar problemlərin üzərində çox dayanmırlar. Çünki daha yaxşı fokuslanıb tez zamanda çözürlər. Uzun müddət bir problemi beynində çək-çevir edənlər isə problemə fokuslandıqlarını düşünsələr də, bunun əksini yaşayırlar”,- deyə Nura Cəfərzadə bildirib.

Psixoloq vurğulayıb ki, idmanla məşğul olmağın daha bir faydası isə insanda “iradə” xüsusiyyətini yaratmasıdır. Belə ki, əgər zəif iradəli insan olduğunuzu düşünürsünüzsə, mütləq mütəmadi idmanla məşğul olun. Ən sadə formada hər gün 1 saat açıq havada gəzin. Bu gəzintinin faydalı olması üçün sürətinizi elə seçin ki, ürək ritminiz normadan artıq olsun.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »