Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya qələbə barədə xəyallara son qoysa, danışa bilərik" - Ukrayna
"Rusiya qələbə barədə xəyallara son qoysa, danışa bilərik" - Ukrayna

"Rusiya Federasiyasının belə bir sülh danışıqları ideyası var - onun nümayəndələri gəldilər, Ukraynanın tam təslim olması ilə bağlı masaya ultimatum qoydular və dedilər ki, Ukrayna tərəfi bununla razılaşmalıdır. Kiyevin fərqli mövqeyi var - biz qarşılıqlı məqbul həll yollarının axtarılacağı, həmçinin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstəriləcək dialoq istəyirik".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Rusiya öz yanaşmasını dəyişəndə, bu müharibədə qalib gələcəkləri ilə bağlı xəyallarını yaşamağa son qoyanda – o zaman görərik, danışıqlar üçün pəncərə ola bilər”,- deyə o bildirib.

Dmitri Kuleba Dmitri Kuleba

Nazir əlavə edib ki, Ukrayna tərəfi ultimatumun dilini dialoq kanalına çevirə bilməyəndə Rusiya Federasiyasının nümayəndələri ilə danışmağa heç nəyin olmadığını anlayıb: “Rusiya ərazilərimizi işğal edib, insanlarımızı öldürüb, yaşayış məskənlərimizi və bütün infrastrukturu dağıdıb, bunlar azmış kimi bizimlə hədə dilində danışmağa cəhd edir. Biz, müharibə etməkdən qorxmuruq, insanlarımızın daha çox iztirab çəkməsini istəmədiyimiz üçün danışıqlara maraq göstəririk. Amma bizimlə bu tonda danışmağı qəbul edə bilmərik.  Kimin necə danışmasından asılı olmayaraq, sona qədər döyüşüb işğal olunmuş ərazilərimizi azad edəcəyik”,- deyə o bildirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya genişmiqyaslı işğala başlayıb. Rusiya hakimiyyəti öz işğalçı qoşunlarının hərəkətlərini guya Ukraynanın “demilitarizasiyası” və “denazifikasiyası” üçün “xüsusi əməliyyat” adlandırır. İşğalçılar həm mülki, həm də hərbi obyektləri atəşə tuturlar. Təkcə Mariupolda on minlərlə insan həlak olub.

Ukrayna və Rusiya Federasiyasının nümayəndələri arasında danışıqlar olub, lakin onlar atəşkəsə belə gətirib çıxarmayıb. İyulun sonunda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya tərəfi ilə sülh danışıqlarının bərpası üçün heç bir əsas yoxdur. Podolyak qeyd edib ki, Rusiyada “reallıq yoxdur”.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »