Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Qərargah rəisi: "Azərbaycan Ordusu müasir ordu modelinə uyğunlaşdırılır"
Baş Qərargah rəisi: "Azərbaycan Ordusu müasir ordu modelinə uyğunlaşdırılır"

"Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır".

"Report" xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

"Ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlikdə regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir", - Baş Qərargah rəisi vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »