Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İraqla quru sərhədlərini bağladı, Bağdada uçuşlar dayandırıldı
İran İraqla quru sərhədlərini bağladı, Bağdada uçuşlar dayandırıldı

İran dövlət televiziyasının xəbərinə görə, Daxili İşlər Nazirliyinin müavini Məcid Mirəhmedi İraqda baş verən hadisələrə görə bu ölkə ilə bütün quru sərhədlərinin bağlandığını bildirib.

Bizimyol.info xəbər verir ki, iranlıları bu ölkəyə səfər etməkdən çəkinməyə çağıran Mirəhmedi, "İraqdakı qeyri-sabit mühitə görə İran və İraqın bütün quru sərhədlərinin bağlandığını və heç kəsin sərhədləri keçməsinə icazə verilməyəcəyini vurğulayıram",- deyə bildirib.

Məlumat üçün bildirək ki, qərar milyonlarla iranlının Ərbəin mərasimləri üçün İraqın Kərbəla və Nəcəf şəhərlərini ziyarət etməyə hazırlaşdığı bir vaxtda verilib.

Digər tərəfdən, paytaxt Tehrandakı Beynəlxalq İmam Xomeyni Hava Limanı İdarəsi Səid Çələndəri, Bağdada uçuşların növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

İranın xəbər agentliyi “Tesnim”ə danışan İran Aviasiya Qurumunun sözçüsü Mir Əkbər Rezevi Ərbəin, mərasimlər üçün Nəcəfdə olan İran vətəndaşlarını geri gətirmək üçün Nəcəf şəhərinə fövqəladə uçuş planı hazırladıqlarını bildirib.

Qeyd edək ki, ötən il İraqda keçirilən ümumi seçkilərin qalibi olan Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr dünən sosial media hesabından verdiyi açıqlamada “siyasətdən tamamilə uzaqlaşdığını” açıqlayıb.

Bir qrup Sədr tərəfdarı paytaxtda hökumət binalarının və xarici nümayəndəliklərin yerləşdiyi, qorunan Yaşıl Zonada, Hökumət Sarayının qarşısına toplaşaraq hökumətə etiraz ediblər. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, beton baryerləri sökərək Hökumət Sarayının qarşısına toplaşan Sədr tərəfdarı qrup hökumət rəsmilərini istefaya çağırıblar.

Bunun üzərinə Sədr tərəfdarlarının aksiyası ilə əlaqədar Bağdadda komendant saatı elan edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »