Xüsusilə ölkəmizdə və mədəniyyətimizdə çox məşhur olan, gün ərzində saysız-hesabsız stəkanlarla içilən çayın insan ömrünü uzatdığı rəsmi şəkildə sübuta yetirilib. Belə ki, ABŞ alimləri tərəfindən aparılan araşdırmalar sübut edib ki, gündəlik çay istehlak edən insanların ölüm riski içməyənlərə nisbətən 9-13 faiz daha azdır. Alimlər belə nəticəyə gəlib ki, çay istehlakı ömrü uzadır. Elm adamları hər gün çay içən insanların içməyənlərə nisbətən ölüm riskinin daha az olduğunu aşkar ediblər.
Elmi araşdırma 2006-2010-cu illərdə çoxlu çay istehlak edən britaniyalılar arasında aparılıb və araşdırmaya qatılan təxminən 500 min insan 11 il ərzində izlənilib. ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) alimləri Böyük Britaniyanın “Biobank” məlumat bankından istifadə edərək 2006-2010-cu illər arasında 40-69 yaş arasında olan 498.043 nəfər arasında “çay içmə vərdişləri” ilə bağlı sorğu keçiriblər. Sorğunun respondentləri 2022-ci ilə qədər izlənilib. Alimlər ötən günlərdə nəticələrini açıqlayaraq, "Gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz daha az olduğunu" elan ediblər. Kofein mübadiləsində genetik dəyişkənlikdən asılı olmayaraq, daha çox çay qəbulu gündə 2 və ya daha çox çay içənlər arasında ölüm riskinin aşağı olması ilə əlaqələndirilib. Bu tapıntılar göstərir ki, çox çay içmək sağlam pəhrizin bir hissəsi ola bilər. Tapıntılar, insanın çayına süd və ya şəkər əlavə edib etməməsindən və ya üstünlük verdiyi temperaturdan asılı olmayaraq nəticənin eyni olduğunu göstərib.
İlahin, Bizimyol.info