Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qəhvəyi elə rəngdir ki, geyim ucuz olsa da, sizi elit göstərəcək"
"Qəhvəyi elə rəngdir ki, geyim ucuz olsa da, sizi elit göstərəcək"

Soyuq havaların fəsli payız yaxınlaşır. Payız küləkli, yağışlı və sərindir. Payızda şkafımızda hansı geyimlər olmalıdır?

Hər tərzdən olan insanların kombinasiyalarının bir parçasına çevrilən plaşlar payızın vazkeçilməz geyimlərindəndir. Payızın nə isti, nə də soyuq havasına çox uyğun gələn plaşları istədiyiniz geyimlərlə tamamlaya bilərsiniz. Plaşlar heç vaxt dəbdən düşməyəcəyi üçün uzun illər istifadə edə bilərsiniz.

Modelyer Nərmin Rüstəmova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu payız qədim dəbə uyğun plaşlar dəbdə olacaq. Qəhvəyi, haki, sürməyi, qara plaşlar payızın vazkeçilməzi olacaq.

“Bu payız hündürdaban çəkmələr dəbdə olacaq. Hündürdabanlı çəkmələri cins şalvar və ətəklərlə uyğunlaşdıra bilərsiniz. Sviterlərinizlə mükəmməl uyğunlaşan hündürdaban çəkmələr dəbli görünməyə kömək edir. Buna görə də, əgər yoxunuzdursa, hündürdaban çəkmələr alın. Qəfil yağışlar başlayanda bu çəkmələr sizə daha dəbli göstərəcək” - deyə Nərmin Rüstəmova qeyd edib.

Modelyer deyir ki, payız aylarında yayda ən çox seçilən mini ətəkləri buraxıb midi uzunluqlu ətəklərə üstünlük vermək lazımdır. Onları enli sviter və köynəklərlə geyinərək həm rahat, həm də qəşəng ola bilərsiniz. Seçdiyiniz uzun çəkmə ilə havalı görünə bilərsiniz.

“Payız fəslinə damğasını vuran midi uzun ətəkləri necə kombinləsəniz də, çox gözəl görünəcək. Payızın sərin havasında trikotaj sviterlərə də üstünlük vermək lazımdır. Soyuq və ya isti rəng tonlarında seçdiyiniz sviterləri ətək və ya şalvarınızla uyğunlaşdıra bilərsiniz”,- deyə Nərmin Rüstəmova bildirib.

Klassik stili sevirsinizsə, sviterlə belə kombinasiya edə bilərsiniz. Çünki trikotaj sviterlər klassik şalvarlarla çox yaxşı görünür. Çantalara gəldikdə isə, moldeyer bildirir ki, bu payız enli, böyük çantalar dəbdə olacaq.

“Qəhvəyi və onun çalarlarına daha çox üstwnlwk verin. Ümumiyyətlə qəhvəyi elə bir rəngdir ki, aldığınız geyim ucuz olsa belə, sizi elit göstərəcək. Kəmərlər, şərflər və digər aksesuarlarda da qəhvəyi və onun çalarlarına üstünlük verə bilərsiniz” - deyən modelyer bildirir ki, əslində dəb insana yaraşanı geyinməkdir. Çünki bəzən qadınların dəb naminə geyindikləri geyimlər onlara yaraşmır, əksinə yaxşı görünmür.

“Əgər artıq çəkiniz varsa, çox dar geyimlər, şalvarlar geyinməyin. Açıq rənglərə üstümlük verməyin. Açıq rənglər çəkini bir qədər də çox göstərir. Çalışın ki, qəhvəyinin tünd çalarlarına üstünlük verəsiniz. Eyni zmaanda sürməyi, göy rənglər də sizə uyğun ola bilər. Dəb sizə yaraşandır!” - deyə Nərmin Rüstəmova vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »