Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan kütləvi məzarlıqlarla bağlı dəqiq informasiyalara sahibdir"
"Ermənistan kütləvi məzarlıqlarla bağlı dəqiq informasiyalara sahibdir"

30 avqust Beynəlxalq itkinlər günüdür. Çox təəssüf ki, Birinci Qarabağ Müharibəsindən bu günə qədər taleyinə heç bir aydınlıq gətirilməyən 4 minə qədər vətəndaşımız itkin statusundadır. 2020-ci ilin 10 Noyabr bəyanatına imza atmaqla Ermənistan və Azərbaycan arasında münaqişə bitdikdən, Qarabağ münaqişəsi tarixə çevrildikdən sonra keçən müddət ərzində də Ermənistan Azərbaycanla münasibətlərin qurulmasına xidmət edə biləcək, səmimi davranış nümunəsi ola biləcək itkin düşən vətəndaşlarımızın taleyi ilə bağlı heç bir məlumat verməyib.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müharibə bitdikdən sonra və Ermənistan kapitulyasiya sənədinə imza atdıqdan sonra da Ermənistan hərbi cinayətlərini davam etdirməkdədir. Belə ki, bu günə qədər Ermənistan mina xəritələrini Azərbayacana təqdim etməyib. Bu günə qədər Ermənistan yeni ərazilərdə minalar basdırmaqla Azərbaycan vətəndaşlarının geri qayıdışına, geri qayıdacaq insanlarımızın həyatına sui-qəsd edə biləcək addımlara imza atır.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloq hesab edir ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin tənzimlənməsini, bölgədə sülh prosesinin qurulmasını səmimi olaraq arzulayırsa, atacağı başlıca addımlardan biri məhz Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş 4 minə yaxın vətəndaşımızla bağlı məlumatların verilməsidir.

“Ermənistan kütləvi məzarlıqlarla bağlı dəqiq informasiyalara sahibdir. İnsanlarımızı kütləvi şəkildə məhv edərək, kütləvi məzarlıqlarda dəfn edib. Amma indi həmin kütləvi məzarlıqlar haqqında heç bir məlumat vermir. Azərbaycan və Ermənistan liderləri Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilməsi gözlənilən əsas müzakirə mövzularından biri və Azərbaycan tərəfinin qaldıracağı məsələlərdən biri də, yenə də 4 minə yaxın itkin düşmüş vətndaşlarımızın taleyi ilə bağlı məsələdir. Azərbaycan prezidenti cənab İlham Əliyev 27 sentyabr tarixinə qədər vətən müharibəsi başlayana qədər müxtəlif görüşlərdə, müxtəlif platformlarda etdiyi çıxışları zamanı həm, 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibə bitdikdən sonra keçən dövr ərzində daim Ermənistandan itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi ilə bağlı tələblərini səsləndirib” - deyə politoloq əlavə edib.

Politoloq hesab edir ki, Ermənistan Beynəlxalq hüququn prinsiplərinə əməl edib, vətəndaşlarımızın taleyinə aydınlıq gətirmək istiqamətində addımlar atacaq. Onun sözlərinə görə, bu məsələdə dövlətlə yanaşı hər bir vətəndaşın xüsusilə, Ermənistandan, Qarabağdan qaçqın düşmüş və məcburi köçkünə çevrilmiş insanların, dədə-baba yurdları məhv edilən vətəndaşlarımızın, 4 minə yaxın itkin düşən vətəndaşlarımızn qohum-əqrabalarının da üzərinə ciddi məsuliyyət düşür. Hər kəs beynəlxalq platformalarda Ermənistana qarşı iddialar qaldırmalı, bizə vurulmuş maddi-mənəvi zərərlərə qarşı təzminat tələb etməlidir. 4 minə yaxın itkin düşən vətəndaşların yaxınları Ermənistanı Beynəlxalq məhkəmələrə verməli və Ermənistandan həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi tələb olunması və təzminatın tələb edilməsi istiqamətində iddialar qaldırlmalıdır.

“Hesab edirəm ki, bu ən azı Ermənistanın bir az məsuliyyətli olmağa məcbur edəcək” - deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »