Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb!
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb!

Avqustun 10-da bütün dünyada təqdim olunan “Samsung”dan yeni mobil cihazların – qatlanan Galaxy Z Fold4 və Galaxy Z Flip4 smartfonlarının Azərbaycanda öncədən sifarişləri davam edir. Bu cihazları “Samsung” Azərbaycanın rəsmi saytında və ya istənilən rəsmi “Samsung” distribyutorunda öncədən sifariş edən hər kəs Galaxy Watch4 smart saatını və eksklüziv “Samsung” Care+ zəmanətini əldə edəcək.

Öncədən sifariş vermək üçün “Samsung Azərbaycan” şirkətinin rəsmi internet saytına daxil olub, sonra rəsmi distribyutorlardan birinin seçib, sifarişi tamamlamaq olar. Eyni zamanda, Galaxy Z Flip4 Azərbaycanda dörd rəngdə (bənövşəyi, çəhrayı qızılı, mavi və qrafit) satışa çıxarılacaq, onun qiyməti 2499 AZN, Galaxy Z Fold4 isə üç variasiyada (bej, tünd göy və qara) təklif olunur, onun qiyməti isə 4199 AZN təşkil tedir.

Galaxy Z Fold4 və Galaxy Z Flip4

Samsung Azərbaycanın rəsmi saytında öncədən sifariş səhifəsi

İlkin sifariş üçün son tarix sentyabrın 1-dir, yəni qatlana bilən smartfonlar və texnoloji yeniliklərin pərəstişkarlarının yeni modellərin üstünlüklərindən ilk istifadə edənlər arasında olmaq üçün cəmi üç gününüz qalıb. Bu smartfonlardan hər hansı birinin displeyini zədələyərkən sizə xeyli qənaət edə bilən “Samsung Care+” zəmanəti xüsusi diqqətə layiqdir. Samsung artıq elan edib ki, yeni cihazların ekranları bütün Galaxy xəttinin ən davamlııdır, lakin heç kim xoşagəlməz hallardan sığortalanmayıb.

“Samsung Care+” bir ilə qədər ekranın mexaniki zədələnməsinə qarşı qorunma proqramı seçimi ilə standart zəmanətdən kənar əlavə cihaz qorunmasıdır. Dəstək və xidmət “Samsung”-un səlahiyyətli xidmət mərkəzləri şəbəkəsi və “Samsung”-un vahid dəstək xidməti tərəfindən təmin edilir. Bu zəmanət sayəsində siz hissələr üçün deyil, yalnız xidmətin özü üçün ödəyirsiniz. Bundan əlavə, öncədən sifariş edən hər kəs hədiyyə olaraq, Galaxy Watch4 smart saatını əldə edəcək.

Galaxy Z Fold4 və Galaxy Z Flip4

Yeni “Samsung” cihazları haqqında daha ətraflı məlumatı “Samsung Azərbaycan” şirkətinin rəsmi internet saytından – www.samsung.com/az-da əldə etmək olar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »