Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Quba şəhərində vətəndaşları qəbul edəcək
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Quba şəhərində vətəndaşları qəbul edəcək

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-i saat 10:00-da Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Quba şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Quba Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »